Rixard Vaqner
Mənim həyatım
628
Ştandqartner və ailəsi ilə dostluq münasibətlərimi yenə də saxlayırdım. Bundan
başqa, onun təşkil etdiyi tacirlərin musiqi dərnəyinin serenadasından sonra Hayn-
rix Porqesin kiçik qardaşı, gənc həkim və kifayət qədər xoş insan Frits də mənə
yaxınlaşmışdı.
Əmin oldum ki, “Tristan” operasının Vyana səhnəsində nümayişi barədə
düşünməyə dəyməz. Belə ki, xanım Dustmanın xəstəliyi yalnız bəhanə idi.
Məşqlərin kəsilməsinin əsl səbəbi isə Anderin səsinin tamamilə yoxa çıxmasıydı.
Vicdanlı kapelmeyster Esser dayanmadan məni Tristan rolunu digər tenor Valterə
verməyə razı salmaq üçün çalışırdı. Lakin ondan elə xoşum gəlmirdi ki, heç özü-
mü onun “Loenqrin”dəki ifasını dinləməyə belə məcbur edə bilmirdim. Məhz
buna görə bu təşəbbüsü tamamilə unudub “Meysterzingerlər”i yazmaq üçün uy-
ğun ruh halımın yetişməsini gözlədim. Hər şeydən əvvəl, mən birinci pərdənin
yazılmış hissəsinə qayıtdım. Onu əvvəlcə yalnız hissə-hissə ifa üçün uyğunlaş-
dırmışdım. Yayın yaxınlaşması ilə maddi rifahımla bağlı qayğılarım da artmağa
başlamışdı. Görürdüm ki, xüsusilə Minnaya qarşı öhdəliklərimi yerinə yetirdiyim
üçün tezliklə yeni gəlir mənbəyi tapmalı olacam.
Buna görə Peşt milli teatrının rəhbərliyinin gözlənilmədən iki konsert təklif
etməsi lap yerinə düşmüşdü. İyulun sonunda Macarıstanın paytaxtına yola düş-
düm. Orada məni heç tanımadığım teatr rəhbəri Radnodfay qarşıladı. Bir vaxtlar
Listin himayəsində olan və indi mənə sədaqətini nümayiş etdirən həqiqətən iste-
dadlı skripkaçı-virtuoz Remengi bildirdi ki, dəvət yalnız onun səyləri nəticəsində
göndərilib. Bu konsertlər mənə xüsusi gəlir gətirməyəcəkdi. Belə ki, onların təklif
etdiyi hər konsertə görə 500 quldenə razı olmuşdum. Lakin konsertlərin bədii-
artistik uğuru və tamaşaçıların böyük marağı məni məmnun etmişdi. Hələ də
Avstriyaya qarşı güclü macar müxalifətinin hökm sürdüyü Budapeştdə bir neçə
mötəbər, istedadlı gənclə tanış olmuşdum. Onlardan Rossi haqqında xüsusilə
yaxşı xatirələrim qalmışdı. Bu gənclər Dunay adalarından birində kiçik intim
mühitdə şərəfimə idillik nahar təşkil etmişdilər. Sanki orada palıd kölgəsində
patriarxal ziyafət üçün yığışmışdıq. Təntənəli nitqi, təəssüf ki, adını xatırlamadı-
ğım gənc vəkil söylədi. O, məni təkcə alovlu çıxışı ilə yox, həm də əsərlərimlə və
fəaliyyətimlə əsaslı şəkildə tanış olduğunu sübut edən nitqinin aliliyi və ciddiliyi
ilə təəccübləndirmiş, dərindən təsirləndirmişdi. Geri qayıdanda Dunayı şərəfimə
qonaqlıq verən gənclərin üzv olduqları avarçəkmə idmanı cəmiyyətinin kiçik
sürətli qayıqları ilə keçdik. Yolda çayın qüdrətli sularını təlatümə gətirən fırtına
bizi yaxaladı. Aramızda bir xanım var idi. Qrafinya Betlen-Qabor mənimlə birgə
darısqal qayıqda əyləşmişdi. Qayığımızı Rosti ilə bir yoldaşı idarə edirdi. Hər iki
avarçəkən təşvişə düşmüşdü. Qayıq dalğaların bizi çəkib apardığı sallardan birinə
çırpılıb parça-parça ola bilərdi. Onlar sallardan uzaq durmaq üçün əllərindən
gələni etdilər. Mən isə yanımda oturan xanım üçün yeganə xilas yolunu məhz