629
Rixard Vaqner
Mənim həyatım
belə sallardan birinə minməkdə görürdüm. Avarçəkənlər istəməsə də, fürsətdən
istifadə edib salın kənarından çıxan payadan yapışıb qayığı dayandırdım. Qorx-
muş avarçəkənlər “Ellida öldü” qışqırdılar. Vaxt itirmədən cəld xanımı qaldırıb
qayıqdan çıxardım və dostlarımı “Ellida”nı xilas etməkdə qoyub özüm sakitcə
salların üstü ilə, sonra isə sahil boyu şəhər istiqamətində addımladım. Bu dav-
ranışım dostlarıma təsir etmişdi və onların gözündə nüfuzumu müəyyən qədər
yüksəltmişdi. İctimaiyyətin toplaşdığı bağda iştirakçılarının sayı xeyli çox olan
daha təntənəli banket təşkil olundu. Burada məni macar dilində salamlayırdılar.
Nəhəng qaraçı orkestri mən yaxınlaşanda iştirakçıların “Eljen” nidaları altında Ra-
kosi marşını ifa etməyə başladı. Burada da özüm və Almaniyanın sərhədlərindən
kənara çıxan fəaliyyətim barədə odlu-alovlu və mötəbər nitqlər söyləndi. Bu
nitqlərin girişi hər dəfə macar dilində olurdu. Sanki əsas fikirlərin alman dilində
səsləndirilməsinə görə üzr istəyirdilər. Məni isə “Rixard Vaqner” yox, “Vaqner
Rixard” adlandırırdılar.
50
Feldmarşal Koronininin simasında ali hərbi rəhbərlik də mənə hörmətini
nümayiş etdirməyi lazım bildi. Qraf cari hərbi-musiqi qüvvələrini təqdim etmək
üçün məni Ofen qəsrinə dəvət etdi. Qraf və qrafinya məni çox xoş qarşıladılar, don-
durmaya qonaq etdilər və eyvana apardılar. Oradan birləşmiş hərbi orkestrlərin
konsertini dinləməli idim. Bunların hamısı birlikdə mənə hədsiz gözəl təəssürat
bağışladı. Az qala, Budapeştin gəncsayağı canlı atmosferindən Vyanadakı sakit,
ətalətli sığınacağıma qayıdacağıma təəssüflənirdim. Avqustun əvvəlində geri
qayıdarkən yolun bir hissəsini Parisdəki tanışım nəzakətli Saksoniya elçisi fon Ze-
baxın müşayiəti ilə keçirdim. Arvadının özü ilə cehiz gətirdiyi, cənubi Rusiyada
yerləşən mülkünün ona vurduğu maddi ziyandan şikayətlənirdi. Elə indi də bu
mülkə baş çəkib qayıdırdı. Mən isə əksinə, onu öz vəziyyətim barədə söhbətlərlə
sakitləşdirirdim. Bu, onun xoşuna gəlmişdi.
Budapeşt konsertlərinin Vyanaya yalnız yarısını gətirib çıxara bildiyim kiçik
gəlirim gələcək sarıdan məni sakitləşdirə bilməzdi. İndi bütün sərmayəm uzun
müddətə hesablandığını düşündüyüm sığınacağın hazırlanmasına xərcləndiyi
üçün özümü illik, həddən artıq böyük, lakin düzgün gəlirlə təmin etməli idim.
Əsla Peterburq əlaqələrimin və onlara əsaslanan planlarımın üstündən xətt
çəkməyi düşünməsəm də, eyni zamanda belə hesab edirdim ki, macar maqnatları
arasındakı nüfuzu ilə öyünən Remenginin də vədlərini diqqətdən kənarda qoy-
maq olmaz. O deyirdi ki, heç bir çətinlik çəkmədən Peterburqda ümid etdiyim
illik təqaüdü Budapeştdə də təşkil etmək olar. Həqiqətən, tezliklə Pensinqə qayıt-