Rixard Vaqner
Mənim həyatım
630
dıqdan sonra o, övladlığa götürdüyü oğlu, yaraşığı və nəzakəti ilə mənə çox yaxşı
təsir bağışlayan gənc Plotengi ilə birlikdə məni ziyarət etdi. Ataya gəldikdə isə
o, skripkada Rakosi marşının dahiyanə ifası ilə məni məmnun etsə də, daha çox
ani effektə hesablanmış parlaq vədlərində heç bir fəal məqsəd yox idi. Sonralar
əlaqəmiz tamamilə kəsildi.
51
Güclü istilərdə bağımın kölgəsindən zövq ala-ala konsert turnesi planı
barədə düşünürdüm. Axşamlar isə sadiq itimlə birlikdə uzun gəzintilərə çıxırdım.
Bu gəzintilərin sevimli məqsədi müqəddəs Vit otlağındakı çoban daxması idi.
Orada gözəl inək südü içirdim. Kiçik dost mühiti həmin vaxtlar yalnız Kornelius
və nəhayət ki, xəstəlikdən sağalmış Tauziqlə məhdudlaşırdı. Tauziq də tezliklə
Avstriyada xidmət edən zəngin zabitlərlə tanış olub tamamilə gözdən itdi. Lakin
müəyyən müddət ərzində gəzintilərim də məni kiçik Porqeslə yanaşı, onun oğlu
da müşayiət edirdi. Nadir hallarda anası tərəfdən qohum olan Haynrix Laubenin
ailəsində yaşayan bacım qızı Ottiliya Brokhauz məni ziyarət edirdi.
Ciddi şəkildə işləməyə başlayan kimi sakit gələcək barədə qayğılar məni na-
rahat etməyə başlayırdı. Rusiyaya yeni səfərin gələn ilin Pasxasından əvvəl müm-
kün olmayacağını nəzərə alıb hələlik yalnız alman şəhərlərinə ümid edə bilərdim.
Müxtəlif tərəflərdən, məsələn, Darmştadtdan yalnız rədd cavabları alırdım. Bir-
başa Böyük hersoqa müraciət etdiyim
Karlsrue
də isə niyyətlərimi bir qədər təxirə
salmağı təklif etmişdilər. Lakin mənə yaxşı gəlir gətirəcək Peterburq planı barədə
müraciətimə qəti rədd cavabı alanda inamım tamamilə sarsıldı. Xəbər vermişdilər
ki, alovlanan Polşa üsyanı bu cür incəsənət tədbirlərin keçirilməsini iflic etmişdi.
Moskvadan gələn xəbərlər daha təsəlliverici idi. Orada gələn ilə bir neçə konsert
söz vermişdilər. İndi ifaçı Setovun mənə Kiyevə getməyi məsləhət gördüyünü xa-
tırlamışdım. Bu şəhərdən əlverişli nəticələr əldə edə bilərdim. Kiyevlə yazışmalara
başladım. Orada da gələn ilin Pasxasına qədər gözləməyi məsləhət görürdülər.
Belə ki, həmin dövrdə bütün kiçik Rusiya zadəganları bu şəhərdə yığılırdı. Bun-
ların hamısı uzaq planlar idi və onlara ümid etsəm, iş üçün lazım olan sakitliyi-
mi tamamilə itirə bilərdim. İstənilən halda, məni böyük qayğılar gözləyirdi: həm
özümə, həm də Minnaya pul tapmalı idim. Vyanada yerləşmək ümidlərinə ehti-
yatla yanaşmalı idim və payızın yaxınlaşması ilə pul axtarmaqdan başqa çarəm
qalmamışdı. Mənə belə işlərdə daha səriştəli Tauziq yardım etdi.