631
Rixard Vaqner
Mənim həyatım
52
Pensinqdəki mənzilimlə vidalaşmaq barədə düşünməli idim. Lakin hər dəfə
bir sual yaranırdı. Hara gedim? Hər dəfə yaradıcı iş üçün uyğun əhval-ruhiyyə
yarananda qayğılar onu öldürürdü və Dunkerin “Qədim tarix”ini öyrənməkdən
başqa çarəm qalmırdı. Nəhayət, bütün vaxtımı konsertlərlə bağlı yazışmalara həsr
etməyə başladım. Haynrix Porqes yenidən Praqadakı işləri öz öhdəsinə götürməli
oldu. O, mənə Levenberqdə konsert təklif etmişdi. Oradakı knyaz fon Qogensolle-
rin rəğbəti ilə bu konserti təşkil etmək olardı. Bundan başqa, mənə Drezden musiqi
cəmiyyətinin rəhbəri Hans fon Bronsara müraciət etməyi məsləhət görmüşdülər.
O, təklifimi böyük məmnuniyyətlə qarşıladı və biz Drezdendə mənim rəhbərliyim
altında keçəcək konsertin vaxtı, proqramı barədə sözləşdik. Böyük Baden hersoqu
noyabrda
Karlsrue
də konsert təşkil etmək üçün teatrını mənim ixtiyarıma verdiyi
üçün belə hesab edirdim ki, bu istiqamətdə kifayət qədər iş görülüb. Buna görə gü-
cümü digər istiqamətə yönəltdim. “
Der Botschafter
qəzetinə macar imperator ope-
rası barədə geniş məqalə yazdım. Məqalədə hədsiz pis təşkil olunmuş müəssisənin
əsaslı islahatı lahiyəmdən bəhs etmişdim. Mətbuat mənim layihəmi möhtəşəm
hesab edirdi. Hətta məqalə rəhbər dairələrə də təsir göstərmişdi. Tezliklə dostum
Rudolf Lixtenşteyndən öyrəndim ki, imperator teatrlarının idarəsini ona tapşırmaq
üçün danışıqlar başlayıb. Bu isə məni saray operasının rəhbərliyinə cəlb etmək eh-
timalı ilə əlaqəli idi. Yeri gəlmişkən, bu layihə rədd edilmişdi. Lixtenşteynin idarəsi
altında auidotriyanın yalnız “vaqner operaları” dinləyəcəyi qorxusu var idi.
53
Konsert turnesinə yola düşmək lazım gələndə rahatlıq hiss etdim. Nəhayət,
məchulluğu ilə iztirab verən gözləmə möveyimdən qurtula bilərdim. Noyabrda
yaxşı gəlir baxımından bəxtimi bir daha sınamaq üçün Praqaya gəldim. Təəssüf ki,
bu dəfə Haynrix Porqes konsertin təşkilatını öz əllərinə götürmədi. Onu əvəzləyən
məktəbdəki dərslərə başı qarışmış müəllimlərin isə bu işdə kifayət qədər səriştəsi
yox idi. Xərclər artdı, gəlir isə azaldı. Belə ki, konsertin təşkilatçıları əvvəlki
yüksək qiymətləri qoymağa ürək etmirdilər. Özümü birincidən bir neçə gün son-
ra keçirəcəyim ikinci bir konsertlə mükafatlandırmaq istəyirdim və dostlarımın
xəbərdarlıqlarına baxmayaraq, məqsədimi yerinə yetirdim. Məlum oldu ki, dostla-
rım düz deyirmişlər. Gəlir xərclərimi güclə ödədi. Birinci konsertdən aldığım pulu
Vyanada qoyduğum vekselin ödənməsi üçün göndərməli olduğuma görə indi yal-
nız öz xidmətlərini təklif edən bankirin yardımını qəbul etmək, mehmanxanada