Rixard Vaqner
Mənim həyatım
632
hesabı bağlamaq və səfərlərə davam etmək lazım idi. Vəziyyətə müvafiq əhvalla
Karlsrue
yə yollandım. Nürnberq və Ştutqartdan keçən səfər soyuğa və gecikmələrə
görə son dərəcə xoşagəlməz oldu.
Karlsrue
də burada keçəcək konsert barədə
xəbərləri almış dostlarım ətrafıma yığışdı: Badendən olan dəyişilməz qonağım
Rixard Pol, Matilda Mayer, naşirim xanım Betti Şott, Visbadenli xanım Raff, Emi-
liya Qenast və bu yaxınlarda Ştutqartda kapelmeyster vəzifəsi almış Karl Ekkert.
Noyabrın 14-nə təyin olunmuş ilk konsert ifaçılar səbəbindən böyük problemlər
yaşatdı. “Votanın vidası”nı və Hans Saksın iş başındakı nəğməsini ifa etməli olan
bariton Hauzer xəstələnmişdi və onu səssiz, operetta ifaçısi ilə əvəzləməli olmuş-
dum. Eduard Devrienin fikrincə, bunun heç bir fərqi yox idi. Yalnız rəsmi tonda
ünsiyyət qurduğum Devrien orkestrin yerinin mənim göstərişlərimə uyğun qu-
rulmasında böyük nəzakət göstərmişdi. Ümumiyyətlə, əsas şey orkestrdən asılı
olduğundan konsert çox yaxşı keçdi. Buna görə məni lojasında hüzuruna qəbul
edən Böyük hersoq konsertin bir həftədən sonra təkrarlanmasını istədi. Dərhal
buna qarşı düşüncələrimi izhar etdim. Təcrübə göstərmişdi ki, bu cür konsertlərə,
xüsusilə, bilet qiyməti yüksək olanlara tamaşaçı axını əsasən maraqla izah olunur.
Bu maraq adamları hətta ən uzaq yerlərdən gəlməyə də məcbur edir. Bu arada
həqiqi incəsənətə biliciləri auditoriyanın az hissəsini təşkil edir. Lakin Böyük her-
soq dediyindən dönmədi. O, bir neçə gün sonra gəlməsi gözlənilən qaynanası kra-
liça Avqustanı məmnun etmək istəyirdi. Xüsusilə, bu qədər vaxtı mehmanxanada
tək keçirmək mənə çətin gəlirdi. Lakin təzəlikcə Mukxanova ərə getmiş Mariya
Kalerqis də xoşbəxtlikdən
Karlsrue
də idi. O, nəzakət nümayiş etdirərək məni ya-
şadığı Baden-Badenə dəvət etdi. Dostum məni vağzalda qarşıladı və şəhərə qədər
mənimlə getməyi təklif etdi. Bu lütfkarlıqdan imtina etməyi öz borcum bildim,
çünki “ovçu papağı”mla bir o qədər də mədəni görünmürdüm. Kalerqis “Bura-
da hamımız ovçu papaqlarında gəzirik” deyib məni Polina Viardonun villasına
apardı. Dostum evində yaxşı yerləşə bilmədiyindən orada nahar etdik. Burada
rus yazıçısı Turgenevlə tanış oldum. Xanım Mukxanova həyat yoldaşını mənə
təqdim etdi və səbirsizliklə onun barəsində nə düşündüyümü gözləməyə başla-
dı. O, daim mənə maraqlı söhbətlər etməyə çalışırdı. Əhatəsində olan təcrübəli
insanlar da buna yardımçı olurdu. Dostumun və himayədarımın lütfkarlığından
məmnun halda bir müddət Sürixdə qalmaq üçün Badeni tərk etdim. Orada Vezen-
donkların evində istirahət etməyə ümid bəsləyirdim. Biz vəziyyətimi təfərrüatlı
şəkildə müzakirə etdik. Lakin dostlarımın ağlına vəziyyətdən çıxmaq üçün mənə
kömək etmək fikri gəlmirdi. Noyabrın 29-da növbəti konserti verdiyim
Karlsrue
qayıtdım. Təxmin etdiyim kimi, az tamaşaçı yığılmışdı. Böyük hersoq ailəsinin
fikrində yalnız Kraliça Avqusta məndə yaranacaq xoşagəlməz təəssüratı dağıda
bilərdi. Yenidən Böyük hersoqun hüzuruna dəvət olunmuşdum. Bütün ailə krali-
çanın ətrafında yığılmışdı. Kraliçanın saçında mavi qızılgüldən bəzək var idi. O,