633
Rixard Vaqner
Mənim həyatım
mənə təriflər yağdırdı və bütün Baden sarayı bu təriflərə böyük diqqətlə qulaq
asdı. Yalnız ümumi hissələrdən təfərrüatlara keçmək lazım olanda kraliça yerini
qızına verdi. Dediyinə görə, qızı belə məsələlərdə daha məlumatlı imiş. Növbəti
gün payıma düşən təmiz gəliri göndərdilər. 100 qulden. Bu pula dərhal xəz alıb
geyindim. Xəzi 110 quldenə satsalar da, konsertdən əldə etdiyim gəliri əsas gətirib
qiyməti aşağı sala bilmişdim. Sonra Böyük hersoqdan hədiyyə gəldi: qızıl tütün
qabı və 15 luidor. Minnətdarlığımı yazılı surətdə bildirdim. Sonra belə bir sualla
baş-başa qaldım: son həftələrin kədərli yorğunluğunu Drezden konsertində ya-
şayacağım məyusluqların hesabına artırmaq lazımdırmı? Bu barədə düşünərkən
çox şey, daha doğrusu, hər şey məni son anda bu iş üçün çalışan Hans fon Bron-
sara məktub yazmağa vadar etdi. Məktubda bütün hazırlıqları ləğv etməsini və
məni gözləməməsini xahiş etmişdim. O, çox yəqin böyük çətinliklərə səbəb olan
bu gözlənilməz tapşırığa mədəni yanaşmışdı.
54
Maynsda Şottun firması ilə daha bir cəhd etmək qərarına gəldim və gecə
qatarı ilə ora yola düşdüm. Matilda Mayerin ailəsi Maynsda olduğum müddətdə
məni qonaqpərvərliklə qəbul etdi və onların kiçik mənzilində qalmağım üçün israr
etdi. Gündüzü və gecəni kiçik Kartgeyzerqassda mehriban qayğı ilə əhatələnmiş
şəkildə gündüz və gecəmi keçirdim. Buradan Şottun nəşriyyat kontoruna yollan-
dım. Lakin uğur qazanmadım. Ən yeni əsərlərimin konsertlər üçün hazırlanmış
ayrı-ayrı hissələrini çap etməyə razı olmurdum.
Bircə Levenberqdəki konsertə ümidim qalmışdı və mən ora yollandım. La-
kin Drezdendən yan keçmək üçün noyabrın 28-də səhəri yorğun-arğın çatdığım
Berlindən keçməli oldum. Xahişimə görə məni vağzalda qarşılayan Bülovlar on-
larla vaxt keçirməyim üçün Sileziya səfərimi bir gün təxirə salmağımı istəyirdilər.
Hans bu axşam baş tutacaq və özünün də dirijorluq edəcəyi konsertdə iştirak
etməyimi istəyirdi. Məhz bu məni qalmağa vadar etdi. Biz yaxşı əhval-ruhiyyəni
qoruyaraq mənim çətin vəziyyətimdən söhbət etməyə çalışırdıq. Nağd pulumu
artırmaq üçün böyük Baden hersoqunun mənə hədiyyə etdiyi tütünqabını satmaq
üçün dostumuz Veysmana verməyi qərarlaşdırmışdıq. Bülovlarla nahar etdiyim
Brandenburq
otelində bu satışdan əldə olunan 90 taler gəlir mənə təqdim edil-
mişdi. Maddi vəziyyətimin gözlənilmədən dəstəklənməsi çoxlu zarafatlara səbəb
oldu. Bülov konsertə hazırlıqla məşğul olduğu üçün biz Kozima ilə birlikdə eki-
paj gəzintisinə çıxdıq. Bu dəfə zarafatlıq halımız yox idi: biz sakitcə bir-birimizə
baxırdıq və ehtiraslı etiraf tələbi bizə hakim kəsildi. Lakin sözlər artıq idi. Başı-
mızın üstünü alan hüdudsuz bədbəxtlik bütün aydınlığı ilə üzə çıxmışdı. Biz ra-