Rixard Vaqner
Mənim həyatım
634
hatlaşdıq. Ürəklərimizə dərin sakitlik çökdü və konsertdə əvvəlki sıxıntı olmadan
iştirak etdik. Bethovenin kiçik konsert uvertürasının (“C-dur”) zərif və alovlu,
həmçinin Hansın dərinliklə işlədiyi Qlükün “Paris və Yelena”sının uvertürasının
ifası bütün diqqətimi cəlb etmişdi. Biz Alvina Frommanı gördük və fasilə vaxtı
zalın böyük pillələrində onunla görüşdük. Konsertin ikinci hissəsi başlayanda və
pilləkən tamam boşalanda biz pillələrin birində əyləşib köhnə tanışımızla uzun-
uzun söhbət etdik. Konsertdən sonra dostumuz Veysmanın evinə şam yeməyinə
dəvət olunmuşduq. Böyük ruhi dincliyə ehtiyacımız olduğu vaxtda bu naharın
dolğunluğu və uzunluğu bizi tam məyus etmişdi. Lakin onun da sonu çatdı.
Gecəni Bülovların evində keçirib səhər uzun yola qoşuldum. Vidalaşarkən qeyri-
ixtiyari Kozima ilə Sürixdəki ilk vidamızı xatırladım. Bu sağollaşma məni qəribə
şəkildə həyəcanlandırmışdı və ötən illər iki vacib həyati anı ayıran qarışıq yuxu
kimi görünürdü. Əgər onda tam anlamadığım, lakin ürəyimizə daman duyğular
bizi susmağa vadar etmişdisə, indi belə sözsüz hiss etdiklərimizi, anladıqlarımızı
ifadə etmək daha da qeyri-mümkün olmuşdu.
55
Sileziyanın dəmir yolu stansiyalarından birində məni kapelmeyster Zeyfrits
qarşıladı və knyaz ekipajı ilə Levenberqə apardı. Listlə dostluğu sayəsində mənə
rəğbət bəsləyən qoca knyaz fon Qogensollern-Gexingen vəziyyətimi bir müddət
onun xidmətində olan Haynrix Porqesdən öyrənmişdi. Buna görə məni yalnız xü-
susi dəvətlilər üçün nəzərdə tutulmuş sadə sarayında konsertin təşkili üçün dəvət
etmişdi. Məni nəzakətlə qarşıladılar və evin parterində yer ayırdılar. Qoca knyaz
təkərli oturacağı ilə məni tez-tez ziyarət edərdi. Onu qarşıda yerləşən otaqlardan
gətirirdilər. Belə şərtlərlə burada olmağım mənə həm xoş, həm də ümidverici
görünürdü. Dərhal knyazın yaxşı təşkil olunmuş şəxsi orkestri ilə operalarmdan
hissələrin öyrənilməsinə başladım. Sahibim həmişə bu məşqlərdə iştirak edir və
bundan böyük zövq alırdı. Ümumi masa arxasındakı naharlar çox rahat keçirdi.
Hətta konsert günü bir növ xüsusi nahar da baş tutdu. Bu naharda Sürixdən ta-
nıdığım Henrietta fon Bissinqin – Marifelddən olan xanım Billenin bacısının iş-
tirakı mənim üçün xoş sürpriz olmuşdu. Levenberq yaxınlığındakı mülkündə
yaşayan xanım fon Bissinq knyazdan dəvət almış və dərhal mənə olan rəğbətini
böyük entuziazmla bildirmişdi. Bu düşüncəli və ağıllı qadın mənim üçün çox xoş
həmsöhbət idi. Konsert babat keçdi. Növbəti gün isə knyazın istəyi ilə sırf Betho-
venin “C-moll” simfoniyasına dirijorluq etməli idim. Bu ifada da təzəlikcə ərini
itirmiş xanım fon Bissinq iştirak etmişdi. O, Bresravla konsertimə gəlməyə söz
vermişdi. Levenberqdən getməmişdən əvvəl kapelmeyster Zeyfrits mənə knya-