635
Rixard Vaqner
Mənim həyatım
zın hədiyyəsini (
1400
taler
)
və hazırda onun məni daha səxavətlə mükafatlandıra
bilmədiyinə görə təəssüflərini çatdırdı. Təəccüblənmiş və hədsiz məmnun qalmış
halda ən səmimi şəkildə xeyirxah knyaza ürəkdən minnətdarlığımı bildirdim.
Buradan Veymara son səfərim zamanı tanış olduğum konsertmeyster Dar-
moşun mənim üçün konsert təşkil etdiyi Breslavla yola düşdüm. Təəssüf ki, bura-
da hər şey mənə kədər və ümidsizlik bəxş edirdi. Gözlədiyim kimi, tədbir ən dar
çərçivələrə sığışdırılmışdı. Yeməkxana kimi xidmət edən və bayağı pərdələri olan
iyrənc konsert zalı məndə o qədər ikrah doğururdu ki, zavallı görünüşə malik
musiqiçiləri azad buraxmaq istəyirdim. Qorxmuş Damroş mənə zala çökmüş tü-
tün iyini yox etməyə söz verməli oldu. Hətta mənə yaxşı gəlir belə söz verə bilməsə
də, onu nüfuzdan salmamaq üçün bu konserti verməyə razılaşdım. Bütün zalın,
xüsusilə, ön hissələrin yəhudilərlə dolu olması məni heyrətləndirmişdi. Növbəti
gün Damroşun mənim şərəfimə verdiyi naharda isə (
orada da yalnız yəhudilər iştirak
edirdi
)
öyrəndim ki, uğuruma görə əhalinin bu hissəsinin rəğbətinə borcluyam.
Buna görə konsert zalından çıxanda gördüyüm Mariya fon Bux mənə başqa dün-
yadan gələn işıq şüası kimi göründü. O, konsertdə iştirak etmək üçün nənəsi ilə
birlikdə Qatsfeldin mülkündən gəlmişdi. Tamaşaçı zalından uzaqda taxta qoltuqlu
lojada oturub adamların dağılışmasını və mənim yanından ötməyimi gözləyirmiş.
Damroşun verdiyi nahar bitəndən sonra o, yenidən yol kostyumunda mənə ya-
xınlaşdı və dostluq vədləri ilə, şəfqətlə vəziyyətimin səbəb olduğu və yəqin ki,
üzümdə əks olunan bikefliyi aradan qaldırmağa çalışdı. Vyanaya qayıdanda ya-
zılı surətdə ona minnətdarlığımı bildirdim. O, cavabında xatirə kimi bir
albumb-
latt
göndərməyimi xahiş etdi. Vərəqi ona göndərərkən qəlbimi açmaq istəyilə,
həmçinin Berlini tərk edəndə yaranan sarsıdıcı təəssüratları xatırlayıb Kaldero-
nun sözlərini də əlavə etdim: “Susmaq mümkün deyil, sözlərlə ifadə etmək də,
həmçinin”. Mənə rəğbət göstərən başqa bir varlığa daxilimdə yaşayan yeganə şeyi
verirdim.
56
Henrieta fon Bissinqlə Breslavlda görüşümün nəticələri isə başqa cür idi.
O, mənim ardımca bura gəlmiş və mənimlə eyni mehmanxanada qalmışdı. Xəstə
görünüşüm onda mərhəmət oyatmışdı. Mən utanmadan işlərimin nə yerdə oldu-
ğunu dedim. 1858-ci ildə Sürixdən getdikdən sonra həyatımın fəaliyyətim üçün
lazım olan düzgün axınının pozulduğundan danışdım. Bununla yanaşı, zahi-
ri mövqeyimi qorumaq üçün dəfələrlə təkrarladığım və səmərəsiz nəticə verən
səylərimi təsvir etdim. O, uğursuzluqlarımın günahını həyat yoldaşımla xanım
Vezendonk arasındakı münasibətlərdə görməkdən çəkinmədi və başqalarının