Rixard Vaqner
Mənim həyatım
636
səbəb olduğu pisliyi yoluna qoymağı öz boynuna götürdü. Fon Bissinq həmişəlik
yaşayış üçün Pensinqi seçməyimdən razı qaldı və məsləhət gördü ki, sakit sığı-
nacağımın səmərəli təsirini pozacaq heç bir addım atmayım. Mənim növbəti qış
qazanc üçün Rusiyaya getmək məramım barədə isə eşitmək belə istəmirdi və öz
böyük sərvətindən məni uzun müddət təmin edə biləcək məbləği verməyə ha-
zır olduğunu bildirdi. Amma bir qədər gözləmək lazım idi. Çünki mənə kömək
etmək üçün böyük çətinliklərin öhdəsindən gəlməliydi.
Bu görüşün yaratdığı ümidlərlə dolu halda dekabrın 9-da Vyanaya qayıtdım.
Hələ Levenberqdə olarkən knyazın mənə hədiyyə etdiyi məbləğin bir hissəsini
Minnaya, bir hissəsini isə Vyanaya borcların ödənilməsinə göndərmişdim. Kiçik
məbləğlə, lakin böyük ümidlərlə yenidən azsaylı dostlarımın yanına gələ bilərdim.
Onlardan Petr Kornelius məni hər axşam ziyarət edərdi və bizim kiçik məhrəm
mühitimiz yaranmışdı. Bura vaxtaşırı Haynrix Porqes və Qustav Şeynax qoşulur-
du. Milad axşamı hər kəsi evimə dəvət etdim. Bəzəkli şam ağacının ətrafına hərə
üçün kiçik bir hədiyyə qoymuşdum. İndi məni iş gözləyirdi: mən Tauziqə təşkil
etdiyi konsertdə iştirak edəcəyimlə bağlı söz vermişdim. Yeni operalarımdan kiçik
hissələrdən başqa, böyük məmnuniyyətlə “Freyşüts”ün uvertürasını ifa etdik. Bu
əsər hətta orkestrə belə gözlənilməz təsir bağışlamışdı. Lakin mənim fəaliyyətimin
rəsmən qəbul olunmasına ümid etməyə heç bir əsas yox idi. Yüksək dairələrdə
mənə hələ də diqqət ayırmırdılar. Xanım fon Bissinqdən aldığım məktublarda o,
vədini yerinə yetirməyə mane olan çətinliklərdən danışırdı. Amma məktublar hələ
də ümid dolu idi və mən Yeni ili ruh yüksəkliyi ilə Ştandqartnerlərin evində qarşı-
laya bilərdim.Orada Kornelius məni yerinə düşən yumoristik şeirlə sevindirmişdi.
57
Yeni 1864-cü ilin gəlməsi ilə işlərim ciddi gedişat almağa başladı. Mədə
katarına tutuldum və Ştandqartnerin daimi müdaxiləsini tələb edən vəziyyətim
getdikcə təhlükəli olurdu. Lakin xanım fon Bissinqin xəbərləri məni daha çox
narahat edirdi. Aydın idi ki, o söz verdiyi pulları Hamburqda yaşayan qohum-
larının iştirakı olmadan əldə edə bilmirdi. “
Sloman
gəmisinin sahibinin ailəsi
olan qohumlar isə onun məqsədinin qarşısını almaq üçün əllərindən gələni edir,
hətta mənə böhtan belə atırdılar. Bu şərait məni elə narahat edirdi ki, dostumun
köməyindən imtina etmək və yenidən Rusiyaya getmək planına qayıtmaq barədə
düşünürdüm. Lakin müraciət etdiyim freyleyn fon Raden mənə heç gəlməməyi
məsləhət görürdü. Belə ki, Polşa əyalətlərində qopmuş ixtişaşlar nəticəsində yollar
azad deyildi. Elə Peterburqda da mənə heç bir diqqət yetirilməyəcəkdi. Bircə Ki-
yev qalırdı. Mənə yazırdılar ki, ora ürəklə yola düşmək və 5000 rubla qədər gəlir