641
Rixard Vaqner
Mənim həyatım
na gözəllərindən olan həyat yoldaşı öz səmərəli mövqeyindən sənətkarla həyatını
birləşdirmək kimi fantastik arzuya görə vaz keçmişdi. Özüm də əmin oldum ki,
bu xanım “kapelmeyster”ə qonaqpərvər və rahat ev təşkil edəcək qədər zəngin
idi. Ekkert saray teatrının rəhbəri baron fon Qallı mənə təqdim etməyi bir borc bi-
lirdi. Fon Qall Almaniyadakı vəziyyətimin mürəkkəbliyi barədə ağıllı və xeyirxah
mülahizələr yürüdürdü. O deyirdi ki, Saksoniya elçiləri və agentləri müxtəlif böh-
tanlarla mənə zərər verdikləri müddətdə bütün yollarım bağlı olacaq. Mənimlə
daha yaxından tanış olduqdan sonra isə Vürtemberq sarayındakı bütün nüfuzunu
işə salmağın mümkün olduğunu düşünürdü. Mayın 3-ü axşam Ekkertin evində
işlərimi müzakirə edərkən gec bir saatda özünü “Bavariya kralının katibi” adlan-
dıran cənabdan kart çatdırdılar. Burada olmadığımı deməklərini əmr etdim və
tezliklə mehmanxanaya qayıtdım. Orada mehmanxana sahibindən də öyrəndim
ki, Münhendən olan bir cənab israrla mənimlə görüşmək istəyir. Sabah saat doq-
quzda evdə olacağımı çatdırmaqlarını tapşırdım. Mən həmişə ən pis vəziyyətlə
qarşılaşmağa hazır idim. Narahat keçirdiyim gecədən sonra otağımda əlahəzrət
Bavariya kralının katibi cənab Pfistermeysteri qəbul etdim. Bu cənab əvvəlcə məni
tapdığına görə şad olduğunu söylədi. Belə ki, məni əvvəlcə Vyanada axtarmış,
oradan Mariafeldə, sonra da bura yönləndirilmişdi. O, mənə gənc Bavariya kralı-
nın hədiyyə göndərdiyi məktubu, portreti və üzüyü verdi. Gənc monarx az, lakin
qəlbimə nüfuz etmiş sözlərlə musiqimə heyranlığını və bundan sonra məni bir
dost kimi taleyin təqibindən qorumaq qərarını bildirmişdi. Eyni zamanda, Pfis-
termeyster xəbər vermişdi ki, məni dərhal Münhenə kralın hüzuruna çatdırmalı-
dır. Buna görə də növbəti gün gələcəyimizi teleqrafla xəbər vermək üçün icazəmi
istəyirdi. Mən Ekkertlərin evinə nahara dəvət edilmişdim. Cənab Pfistermeyster
isə mənimlə gəlməkdən imtina etməli oldu. Dostlarıma, həmçinin, Ostqofendən
olan Veysgeymerə çatdırdığım gözlənilməz xəbər xoş bir təəccüb yaratdı. Ekkert
nahar vaxtı Parisdən Meyerberin ölümü barədə teleqram aldı. Veysgeymer kobud
qəhqəhə çəkdi. Bunun səbəbi mənə bu qədər ziyan vurmuş bəstəkarın bu günü
görməmiş ölməsi idi. Fon Qall da gəlmişdi. O, rəğbət dolu sözlərlə sevincini bil-
dirib qeyd etdi ki, daha onun vasitəçiliyinə ehtiyacım olmayacaq. O, əvvəlcədən
Loenqrin”in səhnələşdirilməsinə əmr verdiyi üçün dərhal qonorarımı da təqdim
etmişdi. Axşam saat beşdə Münhenə yola düşmək üçün vağzalda Pfistermeysterlə
görüşdüm. Oraya səhəri gün gələcəyimiz barədə teleqrafla məlumat ötürülməli
idi. Həmin gün Vyanadan qayıtmaq fikrimdən daşınmağım üçün israr edən
dostlarımın məktublarını aldım. Lakin ömrümdəki bu cür dəhşətlər bir daha
təkrarlanmayacaqdı. Taleyin məni ali məqsədlər üçün apardığı yol çətinliklərlə
dolu idi və heç vaxt qayğılardan, o vaxta qədərmənəməlumolmayan çətinliklərdən
azad olmamışdı. Lakin ali dostumun müdafiəsi altında bayağı həyat qayğılarının
yükü sonradan bir daha məni əzmədi.