Rixard Vaqner
Mənim həyatım
640
almaq hüququnu saxlayaraq satmaq barədə sövdələşmişdi. Dərhal ciddi narazılıq
bildirdiyim bir məktub yazdım. Belə ki, bununla mənzil üçün ödəniş etməli ol-
duğum ev sahibimə zərər vurduğumu düşünürdüm. Xanım Villenin vasitəçiliyi
ilə bunun üçün lazımi məbləği tapıb baron Rakovitsə göndərə bildim. Təəssüf
ki, Ştandqartnerlə Eduard Listin bütün körpüləri yandırdığını öyrəndim. Onlar
mebelə görə aldıqları puldan ev sahibinə ödəniş etmiş, bununla da, Vyanaya qayıt-
maq imkanımı aradan qaldırmışdılar. Hər ikisi bunu ölümcül addım hesab edirdi.
Lakin eyni zamanda, Kornelius xəbər verdi ki, adı veksellərdən birində olan Tau-
ziq mən qaçandan sonra Vyanaya qayıda bilmir
(
o, həmin vaxt Macarıstanda idi).
Bu
xəbər ürəyimi sıxdı və mən heç bir çətinliyə baxmayaraq ora qayıtmaq qərarına
gəldim. Bunu Vyanadakı dostlarıma yazdım. Amma əvvəlcə kreditorlara razılıq
təklif etmək üçün lazımi məbləğdə pul tapmalı idim. Bu məqsədlə Şotta əzmli bir
məktub yazıb mənə bəslədiyi münasibəti qınadım. Bu addımın nəticələrini daha
yaxın məsafədən görmək üçün Mariafelddən Ştutqarta yollandım. Buna məni aşa-
ğıdakı motivlər həvəsləndirmişdi.
60
Həkim Ville qayıdanda Mariafeldə olmağımın onu qorxutduğunu hiss et-
dim. Görünür, o, mənə yardım üçün onun özünə də müraciət olunacağından
çəkinirdi. Lakin sonra mənim davranışımdan bir qədər utanıb həyəcan anında eti-
raf etmişdi ki, ətrafında mühüm rol oynayan bir insan kimi özündən üstün oldu-
ğunu dərk etdiyi yad adamla təmasda olanda bu cür münasibət üzrlü hesab oluna
bilər: “Əlbəttə, öz evində başqası üçün dekorasiya olmaq arzuolunmazdır”. Ərinin
əhvalını öncədən təxmin edən xanım Ville, Vezendonklarla razılığa gəlmişdi. On-
lar mənə hər ay 100 frank göndərməyə söz vermişdilər. Bu barədə öyrəndikdən
sonra dərhal xanım Vezendonka İsveçrəni tərk etdiyimi və özünü mənim barəmdə
belə qayğılardan azad hiss etməyini xahiş etmişdim. Belə ki, işlərimi istəyimə uy-
ğun qura bilmişdim. Nəticədə öyrəndim ki, o, məktubu açmadan xanım Villeyə
göndərib. Məktubun onu nüfuzdan salacağından qorxmuşdu.
Aprelin 30-da Ştutqarta yola düşdüm. Bu yaxınlarda kral teatrında kapel-
meyster vəzifəsinə keçmiş Karl Ekkertin orada yaşadığını bilirdim. Vyana teat-
rının müdiri olarkən mənə göstərdiyi əla münasibətə və
Karlsrue
dəki konsertə
gəlmək üçün göstərdiyi canfəşanlığa əsasən onu sadiq dost hesab edirdim. Onun
mənə gələn yay üçün Ştutqart yaxınlığında Kanştadtda sakit sığınacaq tapma-
ğa kömək edəcəyinə şübhəm yox idi. Burada “Meysterzingerlər”in ilk pərdəsini
başa çatdırmaq istəyirdim. Son məktubumda avans istəyərkən bu hissəni Şotta
göndərməyə söz vermişdim. Ekkert məni mehriban qarşıladı. Onun məşhur Vya-