639
Rixard Vaqner
Mənim həyatım
59
Əvvəllər Sürixdə yaşayanda yaxın münasibətlər qurduğum həyat yol-
daşıma məktub yazıb bir neçə günlüyünə gəlmək üçün icazə istəmişdim. Sürix
gölü ətrafında yerləşən ərazilərdən birində uyğun yer tapmağa ümid edirdim.
O, xahişimə mehriban cavab verdi. Konstantinopola yola düşmüş həkim Ville
ilə görüşə bilmədim. Xanım Ville əvvəlcə bir vaxtlar xanım fon Bissinqin tutdu-
ğu qonşu evdə mənə bir neçə otaq ayırdı. Lakin oradakı rahat mebel artıq yox
idi. Mən sərbəst nahar etməyə hazırlaşırdım. Lakin onun bu qayğını öz üzərinə
götürmək xahişlərinə boyun əyməli oldum. Mebel çatışmırdı və xanım Ville bu
məsələ ilə bağlı xanım Vezendonka müraciət etməyin mümkün olduğunu düşün-
dü. Xanım Vezendonk dərhal bəzi mebelləri və pianinonu göndərdi. O xahiş et-
mişdi ki, xoşagəlməz sensasiyadan qaçmaq üçün mən Sürixdəki köhnə dostlarımı
ziyarət edim. Lakin aşağı temperaturlu, çətin isinən evdə qaldığımdan daha da
pisləşən sağlamlığım məqsədimi yerinə yetirməyə imkan vermədi. Sonda Otto və
Matilda Vezendonklar özləri Mariafeldə gəldilər. Ər-arvad arasında münasibətlər
anlaşılmaz və gərgin görünürdü. Gərginliyin səbəblərini anlamasam da, bu, on-
lara münasibətimə təsir göstərmədi. Pis hava və pərişan ruh halım dayanmadan
kataral əziyyətlərimi kəskinləşdirirdi Bu isə məni mənzil axtarmaq imkanından
da məhrum edirdi. Səhərdən axşama qədər
Karlsrue
dən aldığım xəzə bürünərək
dəhşətli günlərimi qiraətlə keçirirdim. Ağır fikirləri boğmağa çalışırdım və xanım
Ville tənha sığınacağıma bir-birinin ardınca kitablar göndərirdi. Mən Jan-Polun
Sienebkas”ını, Böyük Fridrixin “Gündəliy”ini, Tauzeri, Jorj Sandın, Valter Skottun
romanlarını və qonaqpərvər ev sahibəmin qələmindən çıxmış “Felicitas”ı oxudum.
Kənardan mənə Matilda Mayerin giley-güzar və təəssüflərlə dolu məktublarından
başqa, Trüinenin Parisdən göndərdiyi 75 frank çatmışdı. Bu pullar mənə qəribə
zövq vermişdi. Buna görə xanım Ville ilə dəhşətli maddi vəziyyətimə necə son
qoymaq barədə yarızarafat, yarıciddi söhbətim baş tutdu. Digər planlar arasında
biz arvadımla boşanmağa nail olmaq üzərində dayandıq. Bu zaman mən işlərimi
zəngin evliliklə yoluna qoymaq imkanı qazanacaqdım. Bütün vasitələr yararlı gö-
ründüyü üçün həqiqətən bacım Luizaya məktub yazdım. Ondan Minna ilə ağıllı
söhbət edib onu illik pensiya almağa və mənim şəxsiyyətimə hər hansı müddəalar
irəli sürməkdən imtina etməyə razı salmağını xahiş etdim. Cavabında pafos dolu
bir məsləhət aldım. O, əvvəlcə yaxşı adımı bərpa etməyi, sonra isə yeni işlə borcla-
rımı yüngülləşdirməyi tövsiyə edirdi. Bundan sonra müxtəlif eksentrik addımlar
olmadan da çətin vəziyyətdən çıxa bilərdim. Hər halda, Darmştadtda boşalmış ka-
pelmeyster vəzifəsini əldə etməyə çalışa bilərdim. Vyanadan bəd xəbərlər gəlirdi:
Ştandqartner Pensinqə qalan əşyaları xilas etmək üçün bir böyük tacirlə onları geri