Rixard Vaqner
Mənim həyatım
638
58
Ümid işığının uzaqlarda parladığı son əndişəli aylar ərzində azsaylı dostla-
rımlamünasibətlərimhələ də canlı idi. Hər axşamadəti üzrə Kornelius gələrdi. Ona
O.Bax, kiçik qraf Laurensin də qoşulurdu. Bir dəfə isə Rudolf Lixtenşteyn gəlmişdi.
Korneliusla “İliada”nı oxumağa başladıq. Mən “hökmlərin hesablanması”na ça-
tanda bu hissəni buraxmaq istədim. Lakin Petr bu səhifələri də yüksək səslə oxu-
mağı arzulayırdı. Kitabı başa vurub-vurmadığımızı xatırlamıram. Tək olanda isə
Tauziqin verdiyi qraf Şatobrianın tarixini oxuyurdum. Tauziq bir müddət harasa
yoxa çıxmışdı. Yenidən peyda olanda isə hansısa macar pianistinin nişanlısına çev-
rilmişdi. Sağlamlığım çox pis vəziyyətdə idi, daimi kataral mənə əziyyət verirdi.
Ölüm barədə fikirlər sıxlaşmışdı və onları qovmaq istəyi duymurdum. Kitablarımı
və bir hissəsini Kornelius üçün nəzərdə tutduğum əlyazmalarımı bölüşdürməyə
başlamışdım. Pensinqdəki marağımı itirdiyim əmlakımın qalanını çoxdan Ştand-
qartnerin qayğıkeş himayəsinə vermişdim. Dostlarımın son nöqtə kimi İsveçrəni
təyin etdiyimiz qaçışa hazırlaşmağımı məsləhət gördüklərini nəzərə alıb, evində
mənə sığınacaq verməsi üçün Otta Vezendonka müraciət etdim. O, xahişimi qəti
şəkildə rədd etdi. Mənə qarşı ədalətsiz olduğunu bildirdiyim ikinci məktubu yaz-
mağa məcbur qaldım. İndi gedişimi elə hazırlamaq lazım idi ki, bu qısamüddətli
səfərə bənzəsin. Bunu nəzərəçarpmaz etmək üçün hamıdan çox çalışan Ştandqart-
ner tapşırdı ki, xidmətçim Frans Mrazek çamadanımı əvvəlcədən onun evinə çat-
dırsın. Mən də ora nahara getməli idim. Xidmətçim, onun arvadı Anna və meh-
riban itim Polla çətinliklə vidalaşdım. Məni vağzala Ştandqartnerin göz yaşlarını
saxlaya bilməyən oğulluğu Karl Şeynax və əksinə, şux-yüngül əhvalda olan Kor-
nelius yola saldı. Mayın 23-ü nahardan sonra Münhenə yola düşdüm. Orada heç
kim tərəfindən tanınmadan iki gün sonra vaxtın həyəcanlarından istirahət etməyə
ümid bəsləyirdim. “
Bayerischer Hof”
otelində dayanıb Münhen küçələrində bir
neçə qısa gəzinti etdim. Pasxa cüməsi idi. Sərt soyuq var idi. Sanki sakinləri matəm
içində bir kilsədən o birinə axışan şəhər bu günün əhvalına əsir düşmüşdü. Bun-
dan bir qədər əvvəl Bavariyada sevilən kral II Maksimilian dünyasını dəyişmiş,
taxtını on səkkiz yaşlı oğluna buraxmışdı. Vitrinlərin birində gənc kral II Lüdvi-
qin portretini gördüm. Onun gənc siması mənim qəlbimə toxundu. Adətən ağır
vəziyyətdə olanda gənclik və gözəllik insana belə təsir edir. Özüm üçün yumo-
ristik epitafiya yazıb Boden gölü ilə Sürixə qaçışımı davam etdirdim. Oradan isə
dərhal Mariafeldə, mənə xüsusilə yaxın olan həkim Villenin mülkünə yollandım.