13
licəsini dərmansız, sadəcə bu elmdən faydalanmaq yolu ilə həyata keçirərdilər.
Onlar bu qənaətə öz hikmətləri hesabına gəlmişdilər və Tanrının qullarını
sağaltmaq üçün səy göstərərkən dərmanlardan istifadə nəticəsində ortaya çıxan
nöqsanlara yol verməzdilər. Bu elm barədə bəlkə də minlərlə risalə yazılıb. Ay
qardaş, sən də bu elmlə məşğul ol, Tanrı yolunu tut və qanunsuz işlər görmə
ki, çətinliyə düşməyəsən. Və Allah mövlalara himayə edəndir.
Əmma bə’d.
Bu şərafətli risalə və gözəl, lətafətli xəzinə filosof alimlərin
muğam elminə aid söylədikləri xoş sözlər haqqındadır, yəni bu böyük, irihəcmli
və çoxmənalı risalə musiqi elmi barəsində yunanlar ölkəsi alimlərinin dedikləri
xeyirli kəlamlarında geniş və açıq-aşkar dəlillərin, qədim kitablarda Əflatun
İlahinin yazdığı sözlərin, İdris peyğəmbərin (ə) yeddi kövkəbin və on iki bür-
cün hərəkətini araşdırıb qaranlıq məsələlərə işıq saçdığı sonucların üzərində
aparılmış genişmiqyaslı bir tədqiqatdır ki, nəticədə şövq sarayındakı aqillər
ilə incə zövqə malik taliblər candan pərdəni götürüb üluhiyyət aləmi üzərində
eşq bayrağını qaldırdılar və zülm ilə küdurət yeri olan bu alt aləmdən nur ilə
aydınlıq yeri olan o üst aləmə köçdülər.
Fəsahət gülzarının gözəlsəsli bülbülünün və fəzl ilə bəlağət bağının şirin-
sözlü tutisinin dilləri ilə risalət bədəninin qəlbi və cəlalət səmasının ayı, bütün
varlığın şərəfi və kainat sahibi, yəni Mühəmmədi-Mustafanın (səllallahü əleyhi
və alihi və səlləm) ki:
Bütün bəşəriyyətin şərəfi qırx gündə yarandı,
Din qəsri onun xişti-vücudu
1
ilə tamamlandı
2
pak məzarı və nurla dolu qəbri üstündə həddi-hüdudu olmayan salavatlarla
sayı-miqdarı bilinməyən dualar oxunsun və
əmirülmöminin və imamülmüsli-
min və yəsubüddin, əsədüllahül-ğalib Əli İbn Əbi Talib həzrətlərinə və onun
pak övladlarına Allahın xeyir-duası və salamı olsun!
Əmma bə’d.
BöyükMalikə ehtiyacı olan bəndə Əbdülmömin İbn Səfiəddin
İbn İzzədin İbn Mühyiəddin İbn Nemətüllah İbn Qabus İbn Vəşmgir Cürcani
dedi ki, kinayət sahiblərindən, fərasət yiyələrindən, ahəngli nəğmələr həvəskar-
larından, eşq mübtəlasına düçar olmuş və ürəkləri qana dönmüş mütriblərdən
bəziləri rica etdilər ki, dünyanın padşahı, dövrün öndəri, məlik Süleymanın qaim-
məqamı, qüdrətli dövlətin yardımçısı, gözəl millətin məşəli, ən böyük xaqan,
ən hörmətli, ədalətli, kəramətli, fəzilətli və şücaətli şahənşah, səadət səmasının
ulduzu, dünya ilə dinin xoşbəxt gələcəyi (Allah onun mülkünü qorusun):
1
Onun xişti-vücudu – onun bədənindən hazırlanmış kərpic, varlıq kərpici
2
Burada və bundan sonra şeirlərin hərfi tərcüməsi verilir.