12
Şapur şah
1
gəldi və kari-əməlin
2
təsnifatını yerinə yetirdi ki, bir musiqi alətində
çalanda onu tətbiq edib oxusunlar. Ona Birinci İxtiraçı dedilər. Ondan sonra
Xosrov Pərvizin mütribi Barbəd
3
gəldi və zərbi-xəfifin təsnifatını zərbləri ilə
icad etdi ki, ona çupani
4
deyərlər.
Bütün bu yazılar bir-birindən fərqlənirdi və həqiri-fəqir
5
onların mahiy-
yətini üzə çıxarıb, onun nəzərincə hər növdə ən etibarlı olanları qeydə alıb
nəsr sapına keçirtdi ki, dəyəri gecə-gündüz parlayan daş-qaşlara tay və tale-
yin ən kamil əyarına bərabər olsun. Biz bu əsəri
Behcətül-qülub
6
adlandır-
dıq və həmçinin ona
Qutül-ərvah
7
adını qoyduq, çünki elm ruhdur, ruhun
qidasıdır və ruhun müəllimi, tərbiyələndiricisidir. Bu cəhətdən biz onu belə
adlandırdıq və buna görə Əbdülhüseyn İbn Mehdi əş-Şirazi Mahmud Qəz-
nəvi
8
hökuməti zamanında Sultan Murad bu şərafətli elmə rəğbət bəslədiyinə
görə, adıçəkilmiş bəndə bu lətafətli elmin tədqiqi üzərində zəhmət çəkib bəzi
risalələri ələ keçirərərək həmin şərafətli əsərə əlavə etdi ki, onun etibarlılığı
hər bir müdrik ağıl sahibinin gözündə artsın.(?)
9
Bu risalənin işıq üzü gör-
məsi iki qüdrətli sultanın köməkliyi sayəsində baş verdiyi səbəbilə biz burada
Sultan Mahmudun da adını çəkdik. Bu elmin bilicilərindən rica olunur ki, bu
şərafətli elmin və bu lətafətli fənnin ifadə və istifadə hövzəsinə daxil olanda
bu bacarıqsız qulu bir dua ilə yad etsinlər.
Burada biz bu elmi inkar edənlərlə bəhsə girmək istərdik. Onlar həsəd
və paxıllıq yolunu tutaraq qabiliyyətsizlikləri üzündən bu şərafətli elmi inkar
edənlərdən oldular. Elə bu fikir sizə bəs edər ki, Ən Müqəddəs İlahi Cəna-
bın Hakimi-Mütləq olduğunu qəbul edən adam özünün yetişmiş hikməti ilə
dərk edir ki, bu elm öyrənməklə deyil, bağışlanma yolu ilə əldə olunub, çünki
heç kəs bu elmi nə zor gücünə, nə də hiyləbazlıq hesabına kəsb edə bilməz.
Allah-təala əvvəlki peyğəmbərlərin arasında həzrət Davudu
10
(
ə) seçib bu
elmi bir möcüzə olaraq ona bağışladı və möcüzə məqamında olan elmi inkar
etmək lazım deyil. Ey qafil, sən kimsən ki, Allahın yaratdığını inkar edəsən?
Keçmişin alimləri bu elmdən istifadə etməklə bəzi xəstəliklərin müalicə-
sinin mümkünlüyünü bilirdilər və qədim zamanlarda əksər xəstəliklərin müa-
1
Şapur şah İbn Ərdəşir – İranın Sasanilər sülaləsinin 2-ci hökmdarı
2
Kari-əməl – Şərqdə orta əsr musiqi formalarından biri
3
Barbəd – İran hökmdarı Xosrov Pərvizin sarayında fəaliyyət göstərmiş məşhur musiqiçi
4
Çupani (çapani) – qədim muğam şöbələrindən biri
5
Həqiri-fəqir – kiçik, hörmətsiz. Yaşadığı dövrün ədəbi ənənələrinə uyğun olaraq müəllif
təvazökarlıqla özünü belə adlandırır.
6
Behcətül-qülub – ürəkaçan, ürəklərin sevinci, zərifliyi
7
Qutül-ərvah – ruhların qidası
8
Mahmud Qəznəvi – Yəminüddövlət ləqəbli Əbulqasım Mahmud Qəznəvi (979-1030)
Qəznəvilər sülaləsinin 3-cü və ən qüdrətli hökmdarı.
9
Mətnin bu yerində çatışmamazlıq hiss olunur.
10
Əsatirə görə Davud peyğəmbər (ə) çox gözəl səsə malik idi.