11
Birinci Xəliqə
1
dedilər. Ərğənunu
2
da o yaratmışdır. Belə də söyləyirlər ki,
ondan sonra Bətlemyus
3
meydana çıxdı, bərbəti
4
ixtira etdi və ondan ötrü bir
dairə bəstələdi. Bu, birinci saz
5
olduğuna görə əsrin bütün alimləri onu qəbul
etdilər və adını İkinci Xəliqə qoydular. Ondan sonra meydana Ərəstu
6
gəldi və
qanunu
7
düzəltdi və ona aid bir dairə bəstələdi və alimlərin bəyəndikləri bir sıra
ixtiralar etdi. Buna da Üçüncü Xəliqə adını qoydular. Ondan sonra Hermes
8
ortaya çıxdı, bir neçə dairə tərtib etdi, musiqarı
9
düzəltdi və alimlərin nəzərinə
yetirdi. Onu qəbul edib adını Dördüncü Xəliqə qoydular. Bundan sonra ifadə
və istifadə hövzəsinə Calinus
10
gəldi, tənburu
11
düzəltdi və bir neçə dairəni tər-
tib etdi. Alimlərin və hal əhlinin nəzərinə çatandan sonra onu Beşinci Xəliqə
adlandırdılar. Ondan sonra İshaq Mosuli
12
meydana gəldi və tədbirlər görüb
yeddibəndli neyi
13
düzəltdi və alimlərin nəzərinə çatdırdı. Ona xəliqə adını
vermədilər, Birinci Ustad dedilər. Ondan sonra İbn Tayi meydana gəldi və
balabanı
14
düzəltdi. Ona İkinci Ustad dedilər. Ondan sonra Məhəmməd Əmin
Tavusi meydana gəldi, surnanı
15
düzəltdi və ona Üçüncü Ustad dedilər. Bundan
sonra növbə Farabiyə
16
çatdı. O, bu şərafətli elmi yeddi il ərzində tədqiq edib
üzərində çalışdı və nəticəsi də bu oldu ki, o, bu sahədə yüksək məharət göstə-
rib santuru
17
düzəltdi və alimlərin nəzərinə yetirdi. Onun elm adamı olmadı-
ğını və elmiliyinin də saxta olduğunu görəndə, onu Ustadın Şagirdi çağırdılar.
Ondan sonra ... (?) yetişdi və çokoru
18
düzəltdi. Ona Aşiq dedilər. Bu barədə
deyilən sözlərdə ixtilaflar çoxdur, amma yadda qalan odur ki, bunlardan sonra
1
Xəliqə – icad, yaratma, əsər. Burada: yaradıcı
2
Ərğənun – orqan (musiqi aləti)
3
Bətlemyus (Ptolemey) – əsasən coğrafiya, nücum elmi, riyaziyyat və fizika sahəsində şöhrət
qazanmış qədim yunan alimi və filosofu
4
Bərbət – uda bənzər simli musiqi aləti
5
Bu əsərdə “saz” sözü təkcə simli musiqi aləti deyil, ümumiyyətlə çalğı aləti mənasında
işlədilmişdir.
6
Ərəstu (Ərəstun, Aristotel) – qədim yunan alimi və filosofu, Əflatunun şagirdi (m.ə. 384-322)
7
Qanun – (burada) musiqi aləti
8
Hermes – yunan əsatirinə görə Zevsin oğlu olub, incəsənətə hamilik etmişdir.
9
Musiqar – 1) qədim musiqi aləti; 2) musiqinin rəmzi sayılan əfsanəvi bir quşun adıdır (Qəqnus)
10
Calinus (Qalen) – məşhur yunan təbibi (130-200)
11
Tənbur – üçsimli musiqi aləti
12
İshaq Mosuli Ərcani Farsi Əbu Məhəmməd İbn Meymun Təmimi (767-849) – elm, ədəb və
musiqi sahəsində şöhrət qazanmış alim
13
Ney (nay) – nəfəsli musiqi aləti
14
Balaban (balaman) – nəfəsli musiqi aləti
15
Surna – qədim nəfəsli musiqi aləti. Zurnadan böyükdür və şiddətli səsə malikdir.
16
Əl-Farabi – Əbu Nəsr Məhəmməd Bin Məhəmməd əl-Farabi (874-950) – indiki Qazaxıstanın
ərazisində anadan olmuş və sonradan Bağdada köçmüş böyük filosof, riyaziyyat, tibb, musiqi və
elmin digər sahələrinə aid əsərlərin müəllifidir.
17
Santur – qədim simli, zərbli musiqi aləti
18
Çokor (çoğor) – qədim simli mizrablı musiqi aləti