10
həsr edilmiş risalənin və qanunun olmasını sədaqətli yarlardan və yaxın
dostlardan birinin yadına salmaq üçün yaxşı bir imkan sezdilər. Həmin
risalə onu yenicə oxumağa başlayanların hər birisini ondan bəhrələnməyə
ruhlandırardı. Müxtəlif məclislərdə və yığıncaqlarda bu elmin düz yolunu
tapmaq üzərində çalışanlar dinləyiciləri nəşələndirib kefləndirərdi. Bu elmin
guşə və kənarlarından söhbət edənlər deyərdilər ki, onun əvvəli ilə axırını
bilən olmaz və onun mənşəyini tanıyan da tapılmaz. Həmin məclisdə zəka
sahiblərindən biri bu sözü aləmin sultanı, nizamül-mülk vəl-millət vəd-din
Əbu Cəfər Bin Malik Bərməkinin qulağına çatdırdı və şahi-aləmpənah
1
o
saat bu şərafətli fənnin həvəskarına çevrilib, həmin fənn sahiblərini bir yerə
toplayıb xüsusi bir məclis təşkil etdi. Həmin yığıncaqda qocalarla cavanla-
rın söhbətləri hamını mat və heyran edən mərtəbəyə çatdı, çünki məqsədin
ayağı ləng, mətləbin yolu isə uzun olmuşdu. Nəhayət, hamılıqla sözlərini
bir edib cəfr falına əl atdılar və düzgünlük ilə acizlik yolunu seçib sultanın
sarayına ərz etdilər ki, bu yolu filankəsdən başqa kimsə keçə bilməz və o
şəxsdən savayı heç kəs bu mərhələni adlamaz. Mən söz ipinin burada bitdi-
yini görüb, həyəcanlı duruma və pərişan hala düşüb ayağa qalxdım və əlimi
sinəmin üstünə qoyub hazır olanlardan icazə istədim və məclisi tərk edərək
bu fənnə aid nüsxələr və risalələrin tapılması xatirinə bir xeyli yerlərin yol-
larını ölçdüm və hümayun zillüllahın hökmü ilə bir neçə məktubu dünyanın
hər yan-yörəsinə göndərdim ki, bütün kəndlərdə, şəhərlərdə və qəsəbələrdə
bu şərafətli fənnə aid olan yazıları yığıb ədalətli sultanın sarayına göndər-
sinlər. Qısa bir zamanda çoxlu sənəd toplandı. Mən onların mütaliəsi ilə
məşğul olub, bu əsərlərin içində çirkinlərlə qəşəngləri bir-birindən ayırıb,
əqli və nəqli tədbirlər görüb kəlamlar silsiləsini əvvəldən axıradək nizamla
düzməyə girişdim və əqlü nəql qaydası ilə alimlərin sözünə müvafiq olanları
mirvari dənələri kimi bir sapa keçirtdim ki, hamının nəzərinə çatsın və hər
kəs onlardan bəhrələnə bilsin, mətləbə aidiyyəti olmayanları isə məhv edib
tullantı dairəsinə saldım.
Bu şərafətli fənnin içində bəndənin nəzərinə ilk əvvəl çatan o oldu ki,
Hindistanın adalarında, haqqında sonralar bəhs olunacaq və barəsində uzun
söhbət açılacaq, Qəqnus
2
adıyla məşhur bir quş var. Həzrət Əflatun İlahi
3
yolunu bu adaya salmış, oranı gəzmiş, dövri-fələyin hərəkətini seyr etmiş, hik-
mətdə uca zirvələrə qədər yüksəlmiş və bu elmin dairəsini bəstələmişdir. Ona
1
Şahi-aləmpənah – aləmin pənah apardığı şah
2
Qəqnus (Qoqnus) – yaraşıqlı və xoş avaza malik əfsanəvi bir quşdur. Bu quşun dimdiyində 360
deşik var. O, uca dağın başında küləkli bir yerdə oturub dimdiyi ilə qəribə səslər çıxardır.
3
Əflatun (Platon) – qədim yunan filosofu (m.ə. 429-347). Lakin əlyazmanın başqa bir yerində o,
Həzrət İdris kimi təqdim edilir.