9
BU RİSALƏ RUH ELMİ DEYİLƏN MUSİQİ
ELMİ HAQQINDADIR
Bismillahir-rəhmanir-rəhim
Dindarlara xoş aqibəti bağışlayan, yaratdığı məxluqlara kəramətini əsir-
gəməyən, bağışlanmalarını diləyənələrə öz lütf ilə kərəmini bəxş edən, yer
ilə göylərin yaradıcısı, iki dünya ağası Allaha həmd olsun. Peyğəmbərlərə və
elçilərə, mömin və müttəqi
1
övliyalara və seçilmiş pak insanlara Allahın salamı
olsun və “ma bə’d” seyyidlərin ağası və Allahın elçisi, günahkarların və düş-
mənlərin şəfisinə
2
Allahın xeyir-duası və salamı olsun. Allah məkrli ümmətlərə
qəhr etsin, pak övliyalara salam olsun, zalımlara və Allahın elçisinin hüquqla-
rını qəsb edənlərə lənət olsun, Mühəmmədin pak və gözəl əhli-beytinə Allahın
salamı olsun
3
.
Əmma bə’d.
Zəka sahiblərinin daxili duyğularına gizli deyil ki, fikir və
düşüncə vadisində dolaşa-dolaşa, ayrı-ayrı yolları arayıb axtararaq qəlbləri
alovlandıran nəğmələri və ürəkaçan mahnıları, musiqinin çeşidli guşələrini
və şöbələrini, göy cisimləri ilə əlaqədə olan muğamları və ədvarları tədqiq
etdiyimiz zaman fələkülbürucun köməkliyi ilə münasib bir vaxtda və xoş-
bəxt bir saatda, çox səfalı, ürəyəyatan və xoşagəlimli şəraitdə, və olduqca
şad və xürrəm halda bir yığıncaq təşkil olundu. Bu zaman dəyərli dostları-
mızdan olan bir neçə tərəfdaşla müxalif qarşılıqlı anlaşma yolu ilə möhkəm
addımlarla irəliləyə-irəliləyə həmrəylik istiqamətini tapıb yekdillik üzərində
qərarlaşaraq Üşşaq və Əraq söhbətinin mizrabını ləzzətli bir məcraya sal-
dılar. Bu əsnada mavi göyün altında həsrət və intizar səhrasında qalanlar
Nimüsəlmək, Şahnaz və Sarəng quşuna oxşar çoxqollu tənin altında ruh
təamlarının Dügah və Üzzal şirinliyinin tamını ağızlarında duydular. Həmin
çağda Hicaz pərdəsində Rast oxuyanlar Busəlik qafiləsi Zənguləsinin avazı
müşayiətilə Büzürg və Kuçik diyarındakı karvansaraya yetişdilər. Nicat
gəmisi musiqi dənizində lövbər salandan sonra yan-yörədən, yaxından-u-
zaqdan gələnlər Mağə karvanının başçısını axtara-axtara Novruzi-səba və
Səlmək sahilinə gəlib çıxdılar ki, birdən gözlənilmədən çoxsaylı və qüdrətli
şadlıq və kef ordusunun təbili çalındı, tənbur simində Pəncgah nəğməsinin
ah-naləsi səsləndi və Mühəyyər, Zabul və Çahargah qərarsızlığının udu
Hümayun oduna atıldı. Bu vaxt dünyada öz uzaqgörənlikləri ilə seçilənlərin
gözləri adı yuxarıda cəkilən yığıncaqda bu şərafətli elmə və lətafətli fənnə
1
Müttəqi – təqvalı, Allahdan qorxan
2
Şəfi – günahkarın bağışlanması üçün vasitəçilik edən
3
Əlyazmanın bu hissəsi ərəb dilindədir.