8
Gördüyümüz kimi, təqdim olunan kitab özünün ehtiva etdiyi bilgilərlə
yanaşı ağlasığmaz məqamlarla yadda qalmış sənət əsərləri sırasında özünə layiq
yer tapmışdır. Uzun müddətdir ki, müxtəlif ölkələrin tədqiqatçıları həmin anla-
şılmazlıqlara aydınlıq gətirməkdən ötrü müxtəlif fərziyyələr irəli sürməkdədir.
Lakin əsərin adı, müəllifin adı, yazılma tarixi, əvvəli və axırı, fəsillər bölgüsü
və s. məsələlərdə qəti qərara gəlmək hələlik mümkün olmamışdır. “Vallahü
ə’ləm” – ən düzünü Allah bilir.
Bütün yuxarıda söylənilənlərə baxmayaraq məhz musiqi elmi baxımın-
dan böyük əhəmiyyət kəsb edən bu risalənin həm musiqişünas alimlərimizin
gələcək araşdırmaları üçün dəyərli qaynaq, həm də muğamsevər oxucularımız
üçün əsərin saysız-hesabsız adlarından birində deyildiyi kimi “ürəkaçan” bir
hədiyyəyə çevriləcəyinə ümidvar olduğumuzu bildiririk.