7
tür-ruh” kimi məşhur olsa da bu adla yanaşı kitabın ikinci ismi yerində Əhməd
Münzəvinin kataloqunda
1
Behcətül-ərvah”, Leninqrad (indiki Sankt-Peter-
burq) kataloqunda
2
isə “Behcətür-rəvac” adları göstərilmişdir. Əlimizdə olan
nüsxənin 4a səhifəsində rast gəldiyimiz “Behcətül-qülub” ilə “Qutül-ərvah”
variantlarını da buraya əlavə edəndə sirləri hələ də açılmamış bu risalənin
adlarının ümumi sayı beşə qədər yüksəlir.
Əsərin müəllifinə gəlincə, əlyazmanın 3b səhifəsində onun adı Əbdül­
hüseyn İbn Mehdi əş-Şirazi, 6a səhifəsində Əbdülmömin İbn Səfiəddin İbn
İzzəddin İbn Mühyiəddin İbn Nemətüllah İbn Qabus İbn Vəşmgir Cürcani,
42
a və 49a səhifələrində isə yenidən Əbdülhüseyn Şirazi kimi göstərilmiş-
dir. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun kata-
loqunda
3
risalənin ilk müəllifi haqqında məlumatın olmaması və Əbdülhüseyn
İbn Mehdi Şirazi tərəfindən yenidən işlənib hazırlanması bildirilir. Bəzi kataloq-
larda
4
əsər Əbdülmömin İbn Səfiəddinin adı altında verilmişdir. Lakin görkəmli
İran ədəbiyyatşünası Pərviz Natel Xanlari Tehranda nəşr olunmuş kitaba
5
yaz-
dığı ön sözdə müəllif adının saxta olduğu fikrini irəli sürmüşdür. Həqiqətən də
bu adın orta əsr qaynaqlarının heç birində çəkilməməsi və müəllifin ənənəyə
zidd olaraq özünü həddindən artıq uzun adla təqdim etməsi istər-istəməz belə
məlumatın doğruluğuna şübhə oyatmaya bilməz. Yeri gəlmişkən, doktor Xan-
lari həmin ön sözdə əsərin yazılma tarixini qəməri hicri ilə X-XI əsrlərə (miladi
XVI-XVII əsrlər) aid etmişdir. Əlyazmanın özündə isə (s. 42a) risalənin guya
Nişapur şəhərində 1656-cı ildə yazıldığı bildirilir. Qəməri hicri ilə hal-hazırda
hələ XV əsrdə yaşadığımızı xatırlasaq, biz bu tarixin ya uydurma olduğu, ya
da miladi hicri ilə hesablandığı (bu da ənənəyə ziddir) seçimi arasında qalırıq.
Ümumiyyətlə risalədə göstərilmiş bir çox rəqəmin heç bir məntiqə sığışmadığını
qeyd etməmək mümkün deyil. Məsələn 42a səhifəsində həmin hadisənin, yəni
əsərin 1656-cı ildə yazılmasının hələ 1387-ci ildən məlum olduğu iddia edilir.
Daha bir yerdə müəllif özünün eyni vaxtda 2500 şagirdə dərs keçdiyini fəxrlə
bəyan edir. Kitabın son səhifələrində isə onun musiqi elmi ilə 140 il məşğul
olduğunu öyrəndik. Zənnimizcə, bu cür əcaib incəliklər müəllifin ya riyaziy-
yat elmindən tamamilə xəbərsiz, ya da çox zarafatcıl insan olmasından xəbər
verir. Əsərdə musiqi alətlərinin adlarında sanki qəsdən yol verilmiş xətalar da
diqqətli oxucunun təəccüblənməsinə səbəb ola bilər.
1
Əhməd Münzəvi, “Fehreste-nosxehaye-xəttiye-farsi”, c.5, s.3888. Tehran, 1348 h.ş.
2
Персидские и таджикские рукописи Института народов Азии АН СССР, т.1, с.79. Москва,
1964
г.
3
AMEA Əlyazmalar İnstitutu, fars əlyazmaları kataloqu, c.1, s.250. Bakı, “Örnək”, 1994.
4
Əhməd Münzəvi və Leninqrad kataloqları, göstərilən mənbələr, eləcə də Zəriə kataloqu: Ağa
Büzürg Tehrani, c.3, s.162. Tehran, 1387-1391 h.q.
5
Əbdülmömin İbn Səfiəddin, “Behcətür-ruh”. Rabino de Borqomalenin müqəddiməsi və Hüseyn
Əli Məllahın şərhi ilə. Tehran, 1346 h.ş.