17
İKİNCİ BAB
Bəzi alimlərin bu elmə aid söylədikləri fikirlər haqqında
Alimlər bu elmi vacib sayıb onu kəsb etməyi özləri üçün borc bilərdilər.
Şeyxül-arifin və qütbül-haqq Şeyx Nəcməddin bu elmin ruhani xüsusiyyətləri
haqqında bir şərh yazmışdır. Həqiqəti Allah bilər. Həmçinin adıçəkilən şeyx belə
söyləyir ki, Hindistanın tabeliyində olan məmləkətlərdən birində bir növ quş var.
O quşa həmin diyarda Qəqnus deyərlər. Bu quşun ömrü uzun, boyu isə qısadır.
Allah-təala və təqəddüs (cəllət əzəmətəhü) onun uzunluğu təxminən iki qarış
olan dimdiyində min bir, başqa sözə görə isə min iki deşik salmışdır. Bu deşik-
lərin bəziləri kiçik, bəziləri isə böyükdür. Həmin quşun çox həzin bir səsi var.
Onun ömründən iki yüz il keçdikdə, o, gəlib bir dağın üstünə çıxır. Tanrının qüd-
rətindən ətrafdakı quşlar çör-çöpdən yığıb onun üçün böyük bir təpə qururlar.
Ondan sonra Qəqnus deyilən quş uçub həmin çör-çöp xırmanının üstünə qonur
və bu halda rəngarəng nəğmələr oxumağa başlayır. Hər dəfə avazı səslənəndə
onun dimdiyinin deşiklərindən qəribə nəğmələr və əcaib ahənglər çıxır və elə bir
təsəvvür yaranır ki, min nəfər bir yerə toplanıb hərəsi bir pərdədə ah-nalə çəkir.
Ondan on gün keçəndən sonra bu quşdan püskürən alov xırmanın üstünə düşür
və xırman quş ilə bir yerdə yanır. İki aydan sonra isə odun içindən mavi rəngdə
bir yumurta görünməyə başlayır. Bundan sonra daha qırx gün keçir və yumur-
tadan eynilə valideynləri halında olan bala Qəqnus çıxıb qalxır. Deyirlər ki, bir
gün Yaradanın əmrilə Əflatun İlahinin yolu bu səhraya düşür və Qəqnusun bu
əhvalatına şahid olur. Əflatun Qəqnusun bəzi qəribə nəğmələrini dərk edib onun
can yandıran naləsini duymuşdur. Deyilənə görə, hər kəs öz dərrakəsinin gücü
ilə hər ahəngi bir heyvandan məlum edib nəğmələr yoluna gətirmişdir. Qəqnusun
hekayətini Şeyx Fəridəddin Əttar Nişaburi
1
özünün “Məntiqüt-teyr” kitabında
işıqlandırmışdır və bu üç beyt də oradan bir nümunə kimi gətirilir.
Şeir:
Qəqnus könül alan qəribə bir quşdur,
Bu quşun yeri Hindistandır.
Onun əcəb möhkəm və uzun dimdiyi var,
Üzərində neydəki kimi deşiklər açılıb.
Bir filosof onunla yoldaş olub,
Musiqi elmini onun avazından öyrənib.
Heç bir şəkk-şübhə yoxdur ki, bu, ən birinci, qəti və düzgün dəlildir, amma
bəzi aqillərlə alimlər bu rəvayətin əksinə olaraq belə bir fikirdə həmrəydirlər ki,
musiqi hökmü ilə oxunan avazı insandan başqa kimsə səsləndirə bilməz.
1
Fəridəddin Əbu Hamid Məhəmməd İbn Əbu Bəkr İbrahim İbn İshaq Əttar Nişaburi (təqr. 1145/46-
1221/22) –
böyük sufi şairi, “Məntiqüt-teyr” (“Quşların söhbəti”), “Təzkirətül-övliya”, “Müsibətnamə” və
digər əsərlərin müəllifi.