18
ÜÇÜNCÜ BAB
Bu elmin insanın vücuduna olan təsiri haqqında
və bu mövzu təşrih
1
baxımından araşdırılmalıdır. Qütbül-hükəma Şeyxür-Rəis
deyib: “Musiqi insan bədəninin bir hissəsidir. O, qəlbdən sinəyə, yuxarıdan
aşağı və aşağıdan yuxarı, hər ayın əvvəlindən axırına qədər hər gün bədənin
içində Ərqənu’
2
ulduzu ilə dövr etməkdədir”
3
,
yəni Şeyx Əbu Əli İbn Sina
4
ərəb dilində deyib ki, musiqi elmi insan bədəninin bir hissəsisidir ki, ürəkdən və
sinədən göbəyədək gah yuxarı qalxır, gah da ürəkdən aşağı düşür və hər ayın
əvvəlindən sonuna qədər, yəni qürrədən səlxədək
5
,
hər gün göy cisimlərindən
biri Ərqənu’ ulduzu ilə adamın əzalarından birində olur. Bu elə bir ulduzdur ki,
adamın bədənində su ilə qan şəklindədir. O, hər gün əzaların birində olur və
olduğu bədən üzvünün nəbzi üçün faydalıdır. Nəbzölçənlər və həkimlər üçün
dava-dərman elmini yaxşı öyrənmək vacibdir ki, nəbzi müəyyənləşdirən zaman
səhv etməsinlər və eybə yol verməsinlər. Ayın əvvəlində nəbz başda, ikinci gün
beyində, üçüncü gün çənədə, dördüncü gün qırtlaqda, beşinci gün damarda,
altıncı gün qanda axan maddədə, yeddinci gün sinədə, səkkizinci gün ürəkdə,
doqquzuncu gün bağırsaqda, onuncu gün daxili üzvlərdə, on birinci gün göbəkdə,
on ikinci gün sağ əldə, on üçüncü gün sol əldə olur, on dördüncü gün yenidən
beynə gəlir və orada da qərar tutmur, on beşinci gün qəlbə qayıdır və bu qayda
ilə heç bir yerdə dayanmayıb yenidən ayın əvvəlində Allah-təalanın qüdrəti ilə
beynə qayıdır və başa keçir.
Biz bunlara ondan ötrü işarə etdik ki, həkimlər, təbiblər və cərrahlar
bunu qeydə alsınlar və Ərqənu’nun olduğu üzvün müalicəsinə başlamasınlar,
çünki həmin gün ruh ondan qidalandığına görə bu yer təhlükəlidir. Ərqənu’
hər iki əldə olduğu zaman həkim xəstənin nəbzini ölçüb ona diqqət yetirməli-
dir. Əgər nəbz sürətlə hərəkət edirsə, onun qüsuru olmaz, çünki bu, o demək-
dir ki, həmin üzv qidalanma ilə məşğuldur. Ərqənu’ hər iki əldə olmayıb nəbz
şiddətlə hərəkət etdiyi halda isə onu çəkib sağ ələ gətirmək lazımdır, çünki belə
vəziyyətdə xəstəliyi müəyyənləşdirmək daha asandır və qalan bədən üzvləri
də həmin qayda ilə müalicə olunmalıdır.
1
Təşrih – bədəni kəsib parçalama, anatomiya
2
Ərqənu – mətndə bu söz həmçinin “ərzətuğ”, “uqənu’” və “ərqətu’” şəkillərində yazılmışdır.
3
Əlyazmada mətnin bu hissəsi ərəb dilindədir.
4
Höccətül-həqq Şərəfül-mülk İmamül-hükəma Əbu Əli Hüseyn Bin Abdullah Bin Həsən Bin Əli
İbn Sina (980-1037) – böyük ehtimala görə Buxaranın yaxınlığında yerləşən bir kənddə anadan
olmuş və sonradan bütün dünyada şöhrət qazanmış bir alimdir. Onun elmi fəaliyyət dairəsi Orta
Əsr elminin əksər sahələrini, o cümlədən musiqini əhatə etmişdir.
5
Qürrə və səlx – müvafiq olaraq ayın birinci və sonuncu günləri