19
Cərrah üçün onu bilmək vacibdir ki, Ərqənu’ və musiqi ulduzu beynə və
göz hədəqəsinə düşdüyü gün bu yerlər təhlükəli olduqlarına görə göz, beyin və
ciyər xəstəliklərinə əlac axtarmasın. Filosoflar titrətmə, vərəm, qulunc, bağır-
sağın çevrilməsi kimi bir çox mərəzləri musiqi elminin qanunlarına əsaslana-
raq muğamat, pərdə və qəribə nəğmələr köməyi ilə müalicə edərdilər. Belə ki,
hər nəğmənin yeddi göy cisminin vasitəsilə müəyyən xəstəliklə əlaqəsi vardır.
Qədim zamanlarda həkimlər xəstəni çalğı alətlərinin yardımı ilə sağaldardılar.
Gecənin ya gündüzün münasib vaxtında bəzədilmiş və işıqlı xəlvət bir evdə
naxoş üçün saz çalardılar və xəstəlik tədricən, asan yolla, heç bir dava-dərman-
dan istifadə etmədən o şəxsin bədənindən çıxardı. Yeddi göy cisminə gəldikdə
isə, hər ulduzun müəyyən xəstəlik və müəyyən yer ilə bağlılığı var. Müğənni
avazla oxuduğu vaxt səs qəlb damarlarından çıxıb hulquma yetişir, oradan isə
aşağı düşüb nəzakət və lətafətlə mədə şirəsi ilə qarışır və bədəndən ixrac olur.
Avaz nə qədər mülayim olsa, qırtlaq da bir o qədər yumşalar və nəticədə səs
də saflaşar. Vəssəlamü əla mənit-təbəəl-hüda.