28
BEŞİNCİ BAB
Üsul bəhrləri və hər birinin hərəkətləri haqqında
Üsul bəhrlərini günəşin dörd dairəsi məqamında yeddi göy cisminin hərəkəti
ilə əlaqələndirirlər. Zərblərin hər birisi adıçəkilən ulduzun hərəkəti qədərdir. Bu
ulduzlar ya tez ya da asta hərəkət edənlərdən olur. Bu bab üsulun bəhrləri və hər
birinin neçə hərəkətdən ibarət olması haqqındadır. Faxteyi-zərb: yeddi bəm və dörd
zil, türki-zərb: on, pərəfşani-müxəmməsi-çənbər: səkkiz zərb, səqil: on iki zərb, xəfif:
on bir zərb, ovfər: beş zərb, miəteyn: iki yüz zərb, dövr: on iki zərb, nimsəqil: on
dörd zərb, həzəc: beş zərb, övsət: yeddi zərb, rəməl: on doqquz zərb, düyek: doqquz
zərb, müqəddəm: on bir zərb, (?)
1
:
dörd zərb, zərbülfəth: iyirmi dörd zərb, əkəl:
doqquz zərb, fər’: altı zərb, dəvəran: doqquz zərb, səmai: on dörd zərb, zərbülqə-
dim: on yeddi zərb, zərbülmüluk: yeddi zərb.
Qulam Sultan Məlikşah Səlcuqi nağara çalmaq üçün yeddi üsulu təyin etmişdi.
Qələndəri: iyirmi üç münasifə, şəbrizi: on doqquz münasifə, əxlati: on səkkiz münasifə,
zərbi-bəm: on, zir: beş, zərbi: beş. Amma bu altı üsul bu risalədə ixtisara salınıb
2
.
Amma
onların padşahların məclislərində səslənməsi təsdiq olunmayıb və Qulam Şadi
3
başqa
yeddi üsulu həmin bəhrlərin sırasına salmışdı. Həmin üsullar bunlardır. Zərbülqədim:
on doqquz, zərbülmüluk: doqquz, kəbir, səğir, şahanə, faxteyi-kəbir və səğir: on sək-
kiz zərb. Amma bütövlükdə padşahların xidmətində çalınan iyirmi dörd üsulun hər
birisi haqqında ayrıca yazmaq olmur, çünki bu, fəzilət sahiblərinin təngə gəlməsinə
səbəb olacaqdır. Amma musiqi bəhri üsullarını öyrənməkdən ötrü hər üsuldan dövr-
lərin və ruhların sevinci deyilən bir dövr nümunə gətirilir ki, bu fənn haqqında anla-
yışa malik olmayanlar kiçik fürsətdən istifadə edib öz dərrakələrinin gücü hesabına
bu elmdən bəhrəsiz qalmasınlar. Faxteyi-zərbi-türki-zərb: tən-tən-tən-tənə-tənə-dər-
dər-tən, faxteyi-zərb: tən-tən-tənənənə-dər-na-tənənənə-tən-tən-tənə-tənə-dər-dər-tən-
tənə-dər-tən-tənə-dər-təna, pərəfşani-müxəmməs: tənə-tənə-dər-tənə-dər-tən-dər-dər-
tən-tənə-dər-tən-tənə-dər-təna, çənbər: dər-tən-tən-tən-dər-tən-tənə-tənə-tən, səqil:
tən-tənə-tən-tənə-tənə-dər-tənə-dər-dər-tən, xəfif: tənə-tənə-tənən-tənə-tən-tənə-tənə-
tənə-tən-tən-dər-na-tənə-tənə-tən, ovfər: tənəti-tən-tənəti, miəteyn: iki yüz zərbdir
və risaləni uzatmaq istəmədiyimiz üçün onun üstündən keçməyi lazım bildik, dövr:
tən-tənə-tən-tənə-dər-na-tən-tən-tənə-dər-tənə-dər-tən, nimsəqil: tən-tən-tənə-tənə-
dər-tənə-dər-tənə, həzəc: tən-tən-tən-təna, övsət: tən-tənə-dər-dər-tən-təna, rəməl:
tən-təna-tənə-tən-tənə-təna-tənə-tən, nimdövr: tənə-dər-na, zərbülfəth üsulu səqil
üsulunun əvəzidir və iyirmi dörd zərbdən ibarətdir..., əsl: tənə-dər-tən-dərə-dim-tən-
təna-tən-dər-na, fər’: tən-dərə-dim-təna, dəvəran: tən-tən-tən-tənə-tənə-dər-dər-tən,
səmai: tənə-tənə-tən-tənə-təna-dim, nimdövr: tənə-təna-tən-tən-tən, zərbülqədim: tən-
tənən-dərədim-tən-dər-na-dər-tən-dər-na-təntəni, zərbülmüluk: tən-tənə-dərədim-tən-
tən-dər-na-dər-tən-dər-na-təntəni.
1
Bu bəhrin adı əlyazmada göstərilməyib.
2
Burada üsulların sayında anlaşılmazlıq var.
3
Qulam Şadi – Özbək hökmdarı Şeybani xanın (1495-1510) hakimiyyəti dövründə yaşamış görkəmli
musiqiçi. Daha ətraflı məlumat əldə etmək üçün bax: S. Ağayeva, “Elm işığında “Qulam Şadi” hadisəsi”,
(“
İlim Işığında “Gulam Şadi” Olayı”) məqaləsi. Musiki Mecmuası, İstanbul, 1998, No.:462, s. 39-41.