29
ALTINCI BAB
Nəzm dili ilə musiqi dövrləri elmi və muğam
adlarının miqdarı haqqında
Beyt:
Yeri və göyləri Yaradanın adı ilə
Muğam adlarını sayıram.
Bir az dinlə, ay ağıl sahibi,
Eşitdiyini bir daha unutma.
Sözümə Rastdan başlayıram,
Çünki Rast adamı qəmdən azad edər.
Hüseyni ilə Əraq, həm də İsfahan.
Zəngulədən sonra Üşşaq ilə Nəvanı tanı.
Hicaz, Busəlik və Rəhavi:
Bunlar haqqında rəvayət edirəm.
Büzürg ilə birlikdə Kuçiki də bil,
Hamısını bir-bir sadaladım.
BIRINCI FƏSIL
On iki pərdə, orta şöbələr və müxtəlif
söz-söhbətlər haqqında
Ay ağıllı adam, bunu da məndən eşit!
İstər-istəməz hər muğamın iki şöbəsi var.
Rast muğamı ürəyin xəzinəsidir,
Mübərriqənin Pəncgahla olması lazımdır.
Hüseyni bütün muğamlardan üstündür.
Dügah Mühəyyərlə bərabər gəlir.
İşrət artıran Əraq gah Ruyi-əraqla,
Gah da Məğlubla müşayiət olunur.
İsfahandan kimsə necə baş çıxarsın?
Yolunu Neyrizə və Nişaburəkə tutdu.
Qəvval nəğməsinin içində Zəngulədən sonra
Çargahla Üzzal eyni vaxtda görsənər.
Üşşaqın pərdəsini sazlayan kimi,
Nəğməni Zabulda və Ovcda çal.
Hicaz bar gətirən xurma ağacıdır,
Segah ilə Hisar o ağacın meyvələridir.
Sirr pərdəsində Busəlik çalındı,
Əşiran ilə Səbanın avazı gəldi.
Şur dünyasında Nəva səsləndi,