34
ÜÇÜNCÜ FƏSIL
Hər avazın on iki muğamdan hansı yolla
əldə edilməsi və nə cür ifa olunması haqqında
Bu fənn sahibləri üçün bilmək və anlamaq lazımdır ki:
Beyt:
Altı avazın hər biri öz yerindədir.
İsfahan ilə Zəngulədəndir Səlmək.
Rast da Üşşaqla yekdil olanda
Gərdaniyyə hər ikisindən hasil olur.
Busəliklə Hüseyni iki gözümdür,
Gözümün nurunun mənbəyi isə Novruzdur.
Nəva Hicazla peyvənd oldu,
Güvəşt hər ikisindən aşkar oldu.
Əraq ilə Kuçik Mayenin əslidir,
Ya Rəbb, onun əsli necə də ruhlandırıcıdır!
Mən rahat oldum sazla bərabər,
Şahnazın əsli Büzürg ilə Rəhavidir.
DÖRDÜNCÜ FƏSIL
Bu elmdə istifadə olunan bəhrlərlə üsullar haqqında
Bu fənni yenicə öyrənməyə başlayanlar bunları mükəmməl bilməlidirlər:
Üsulun üzündən pərdəni qaldırsan,
Faxteyi-zərbi-türki-zərb görsənər.
Pərəfşan ilə Müxəmməs və Çənbərdir,
Xəfif və Səqil ilə Ovfəri tanı.
Miəteyndir, Dövr və Nimsəqil,
Həzəcdir, Övsətdir, Rəməli də deyərlər.
Düyek, Çarzərb və Zərbülfəth,
Bunu dedim ki, sevinəsən.
Şahnamədir, Əkəldir, bir də Fər’,
Sonra axa-axa Təvil gəldi.
Səma ilə Dövri-rəvan daha ikisidir,
Hamısını yaxşı bil və yadında saxla.