35
BEŞINCI FƏSIL
On iki muğamın adları haqqında nəzm şəklində
Üşşaq Hüseyninin yataq yeridir, Rast isə
Busəlikin, Rəhavinin və Nəvanın pərdəsindədir.
Büzürg İsfahanı və Əraqı gəzəndə
Zəngulə Hicazın və Kuçikin içindədir.
ALTINCI FƏSIL
Altı avaz haqqında mənzum şəkildə
Mütrib durub nəğmə çalanda
Novruz, Güvəşt və Səlmək başlanar.
Dedim: – Gərdaniyyənin ardı nədir?
Sonra Maye gələr və Şahnaz səslənər.
YEDDINCI FƏSIL
Pərdələrin Ütarid
1
,
Ay və Zöhrə
2
kimi
göy cisimlərinə müvafiq tərtib olunması haqqında
Bunu yazmaqla başqa bir məqsədimiz bu fənnin mütəxəssislərini hər
muğamın adının necə qoyulması və onun nə cür tərtib edilməsi haqqında məlu-
matlandırmaqdan ibarətdir.
Birinci:
Segah nəğməsindən başlayıb Əraqa vəMüxalifə gedərlər və sonra
yenidən Segaha düşərlər. Buna Novruzi-ərəb deyərlər və əgər biri-birindən ayır-
salar, Pəncgah olar. Əgər əvvəl Hüseyni nəğməsindən başlayıb, Əcəmi, Səlməki
və Nişaburəki oxuyub yenidən geriyə qayıtsalar, ona Hüseyniyi-kəbir deyərlər ki,
bütün nəğmələrin içində ən kədərlisidir.
İkinci:
Dügah nəğməsini ötüb Neyriz,
Rəhavi və Çahargaha keçərlər, sonra Neyrizə, Rəhaviyə və Çahargaha düşərlər
və yenidən Neyrizə qayıdarlar. Buna Neyrizi-kəbir deyərlər.
Üçüncü:
nəğməni
əvvəl Hicazdan və Hisardan başlayarlar, sonra Hümayuna, Nəhofta, Ovca,
Zabula, Gərdaniyyəyə, Zənguləyə və Üzzala düşərlər. Ona Novruzxara deyərlər.
Dördüncü:
birinci nəğməni Güvəştdən və Səlməkdən başlayarlar, sonra şiddətlə
1
Ütarid – Merkuri planeti
2
Zöhrə – Venera planeti