36
Novruzi-ərəbi ifa edərlər, yəni, onun zirvəsində oxuyarlar. Buna da Fər’i-Mahur
deyərlər.
Beşinci:
nəğməni Gərdaniyyədən başlayarlar, Mübərriqəyə vəMühəy-
yərə keçərlər, sonra yenə Neyrizə və Segaha qayıdarlar. Ona Şahnaz deyərlər.
Altıncı:
əvvəl Maye nəğməsindən başlayarlar, Segah və Nəhoftda gedərlər və
yenidən Mayeyə gələrlər. Ona Bəstənigar deyərlər.
Yeddinci
:
nəğməni Busə-
likdə, Gərdaniyyədə və Segahda başlayarlar, sonra Novruzxaraya keçib Üşşaqa
düşərlər və yenidən Neyrizə gələrlər ki, buna Segah və Üzzal deyilər, sonra da
yenə əvvələ qayıdarlar. Ona Ruyi-əraq deyərlər.
Səkkizinci:
nəğməni əvvəl
Hümayundan və Nəhoftdan başlayarlar, sonra Dügahda və Rəkəbdə gəzərlər
və Ovc ilə Zabulu oxuyarlar. Ona Güvəşt deyərlər.
Doqquzuncu:
əvvəl nəğ-
məni Hüseynidən başlayarlar, Hicaza və Rəkəbə gedərlər, sonra qayıdıb Segaha
keçərlər və Neyrizə gedərlər. Ona İkiyati-sərf deyərlər.
Onuncu:
nəğməni Novru-
zi-əsldən başlayıb Güvəştə, Dügaha və Məğluba düşərlər. Ona Busəlik deyərlər.
On birinci:
nəğməni Çahargahla başlayarlar, sonra Nəvaya və Səlməkə keçib
Segaha, Üzzala, Şahnaza, Bəstənigara və İsfahana gedərlər. Ona Rəkəb deyərlər.
On ikinci:
əvvəl Üzzal nəğməsindən başlayarlar, Üşşaqa, Nəvaya və Zənguləyə
düşərlər və yenidən ona qayıdarlar. Buna Hümayun deyərlər.
On üçüncü:
nəğ-
mənin əvvəlində Gərdaniyyəni, Mühəyyəri, Əraqı, Mayeni, Neyrizi və Segahı
oxuyarlar və yenidən Üşşaqa qayıdarlar. Ona Kuçik deyərlər.
On dördüncü:
nəğməni əvvəl Zəngulə ilə başlayarlar, sonra Səlməki, Rəhavini, Nəhavəndəki,
Busəliki, Novruzi-əcəmi və Novruzi-əsli ifa edib Əraqa düşərlər və Zabulu oxu-
yarlar. Ona Güvəşt deyərlər, vəssəlam.
SƏKKIZINCI FƏSIL
Məclislər və yığıncaqlarda hər kəsin nə etməli,
nəyi oxumalı və özünü nə cür aparmalı olduğu haqqında
Bu mövzuda bir neçə fəsil təqdim olunacaqdır.
Birinci. (?)
1
Əgər məclis əhli ağbəniz və tərləyəndirsə, onlar üçün nəğ-
mələr Üşşaq, Rast, Müxalif və Nəhoft kimi bəmdə oxunmalıdır və bu pərdə
ahəstə-ahəstə oxunar ki, o tayfanın qulağına çatıb beyninə yetişsin və bu tay-
fanın şad və xürrəm olmasına səbəb olsun, onlar da eyş-işrətdən bəhrələnərək
ləzzət alsınlar. Əgər məclis əhli qarabuğdayı, qurudərili və arıqdırsa, onların
yanında Segah, Neyriz, Zabul, Məğlub və Səlmək kimi tezçalınan nəğmələr
ifa etməlisən ki, onlar nəğmənin təsiri altına düşüb sevinsinlər. Əgər məclis əhli
ortaboy və sarıdərilidirsə, oxuduğun nəğmələrin gərək Üşşaq, Rəhavi, Hicaz,
Güvəşt və Əcəm kimi mötədil və ortaməzac olsun. Əgər məclis əhli ucaboy və
1
Birinci fəsil var, lakin o biri fəsillər yoxdur.