37
dərisinin rəngi buğdayıdırsa, onlar üçün Zəngulə, Nəhavəndək, Rəhavi, Hicaz,
Busəlik və Pəncgah oxunub çalınmalıdır. Əgər məclis əhlini çaşdırıb başqa
pərdəyə keçsəniz, onlar isə əksinə olaraq digər mahnını oxusalar və beləliklə,
əvvəlki nəğmənin ifa olunmasına ehtiyac yaransa, onların buyuruqlarını yerinə
yetirin. Əgər məclis əhli tündsifət, qısaboy və qırmızıgözdürsə, onların yanında
şadyanalıq gətirən alətlərdə Mahur, Nəhoft, Gərdaniyyə, Novruzxara və Maye
kimi Mərrix
1
ilə əlaqəsi olan nəğmələr oxunmalıdır. Əgər məclis əhli xırda və
irisifətdirsə, Dügah ilə Hüseyni, əgər yekəbaş və xirdadişdirsə Müxalif ilə Əraq,
əgər ucaboy və ağdərilidirsə, yeddi göy cisminə müvafiq olaraq Mahur ilə Hicaz
oxunmalıdır. Əgər məclis əhli tacirlərdən və işlə əlaqədar olaraq tez-tez səfərə
çıxan insanlardan ibarətdirsə, Zəngulə, Səlmək, Segah, Hüseyni və Dügah
oxunmalıdır. Əgər məclis əhli vəzirlər, münşilər, maliyyə məmurları və katiblər
kimi Ütarid ilə əlaqədə olan adamlardan ibarətdirsə, onlar üçün Üzzal, Rəkəb,
Segah, Əraq, Novruzi-əsl və İsfahanək kimi ortabab nəğmələr oxunmalıdır.
Əgər məclis əhli əsgərlər, cəngavərlər, müharibə edən və qan tökən adamlar-
dan ibarətdirsə, onlar üçün əvvəldə və axırda Rast, Pəncgah, Əraq, Dügah və
Neyrizdən bir neçə pərdə yuxarıda ifa olunmalıdır. Əgər məclis əhli müxtəlif
təbəqələrdən və bazar camaatından olsa, Əcəmi, Busəliki, Büzürgü, Kuçiki,
Mahuru və Zənguləni oxu. Əgər məclis əhli hökmdarlardırsa, onların yanında
Hüseynidən, Əraqdan, Zəngulədən, Rastdan, Pəncgahdan və Segahdan başqa
bir nəğmə çalınmaz. Əgər məclis əhli elm xadimləri kimi insanlardırsa, Üzzal,
Güvəşt, Şahnaz və Bəstənigar oxunar. Əgər məclis əhli yoxsul adamlardırsa,
Mahuru, Nəvanı və Büzürgü oxu. Əgər məclis əhli musiqi fənninin sahibləri,
şairlər və fəhmli insanlardırsa, Novruzxara, Güvəşt, Səlmək və Gərdaniyyə
ifa olunar. Əgər məclis əhli qadınlardırsa, Rəkəbi, Bayatını, Dügahı, Ovcu,
Pəncgahı, Hicazı və Rəhavini oxuyarlar. Əgər məclis əhli atəşkar camaatdan-
dırsa, Hüseyni və Neyriz oxunar. Hər kəs onun tale sahibi olan göy cisminin
təbiətinə müvafiq nəğmə və təranəni dinləməlidir. Aqilə bir işarə də kifayətdir.
DOQQUZUNCU FƏSIL
Hər muğamda bir neçə bangın olması haqqında
Bu bir həqiqətdir və bunu bilmək lazımdır ki, elmdə səhv olmaz. Əfla-
tun İlahi bangların nəzah dairəsinin bu elmi tez öyrənmək və ondan bəhrələn-
mək üçün faydalı olduğunu sü­buta yetirmişdir. Nəzah deyilən həmin dairənin
surəti budur
2
.
1
Mərrix – Mars planeti
2
Bax: Cədvəl, səh. 38