40
Əgər bu fənnin sahibi həmkarları tərəfindən müəyyən etdikləri hər ahən-
gin, pərdənin, guşənin və şöbənin neçə bangdan ibarət olduğunu bilməsə, bu
elmə yiyələnmək onun üçün bir çətinliyə çevrilər və o, bu çətinliklə üz-üzə
qalar. Mən bu elmi öyrənməyi asanlaşdırmaqdan ötrü məlumat toplusu yaratmı-
şam. Əgər bu fənnin sahibi çox xoş səsə və xoş avaza malikdirsə, amma üsulu,
nükatı, nəğmələri, eləcə də bangları, avazların adlarını və təbiətini bilmirsə, o
şəxs eşşək dərisini geymiş bir cisimdir və bu fənn əhlindən deyil və onlardan
sayılmaz. Bu elm əhli həmin şəxsə nöqsanlı olduğuna görə öz aralarında yer
verməzlər və hətta onunla söhbət etməyi belə yasaqlayarlar. Ondan heç vaxt
və heç bir halda gözəl səs və avaz sahibi olmaz. Bütün zərif incəliklərə və dərin
mənalara, eləcə də səslərin müxtəlifliyinə, pərdələrlə şöbələrə bələd olan şəxs
isə bu elm əhlindən sayılar.
Bu fənnin ən məşhur ustadlarından və bütün fənlərin sahibi olan Şeyxül-
müslimin Şeyx Səfiəddin Maraği
1
belə rəvayət edir ki, Şahi-mərdan və Şiri-Yəz-
dan
2
,
Xeybər döyüşünün qəhrəmanı Əsədüllah Əli İbn Əbi Talib (ə) bu elmin
təsirindən və xüsusiyyətlərindən söz açaraq musiqi elminin sahibi və onun
xüsusiyyətlərinin bilicisi olan hər bir şəxsin ali dərəcələrə və yüksək məqamlara
çatmış olduğunu, öyrənilməsi üçün qırx il vaxt tələb olunan bəzi digər elm-
lərə yiyələnməyin belə insan üçün şəriət, təriqət və həqiqət yolundan kənara
çıxmamaq şərtilə çox asan başa gəldiyini və nəticədə onun mərifətə yetişəcə-
yini demişdir. Amma bu elm minacatda, Kəlamüllahın, mötəbər hədislərin və
moizələrin oxunmasında... (?)
3
ONUNCU FƏSIL
Görkəmli alimlərin musiqi fənni sahibinin
rəftarı haqqında dedikləri, üç fəsildə
Birinci. Bu şərafətli fənn sahibinin rəftarı haqqında.
Ay əzizim, bil ki, mən uzun müddət məclislərdə və yığıncaqlarda hal
əhli, sayı-hesabı olmayan əmirlər, adlı-sanlı vəzirlər, qüdrətli hökmdarlar və
tərbiyəsiz qulluqçularla vaxtımı sərf etsəm də heç bir zaman boş və mənasız
hərəkətlərin şahidi olmamışam. Belə şəraitdə bu elmin bilicisi heç vaxt zəlil
olmaz və bu elmin incəliklərini öyrənməklə izzət və hörmət sahibinə çevrilər.
1
Güman olunur ki, burada söhbət məşhur Azərbaycan musiqişünası Əbdülqadir Marağayidən
gedir. Əbdülqadir İbn Qeybi əl-Hafiz əl-Marağayi (1353-1435) – böyük Azərbaycan musiqi
nəzəriyyəçisi, bəstəkar və xanəndə, “Came’ül-əlhan”, “Məqasidül-əlhan” və “Zübdətül-ədvar fi
şərhi-risalətül-ədvar” əsərlərinin müəllifidir.
2
İnsanların şahı və Tanrının şiri – İmam Əli (ə)-ın ləqəbləridir.
3
Əlyazmada bu cümlə naqisdir.