41
Fənn sahibi olan çox yaxşı mütrib belə məclisə gələndə onun yeri astanaya yaxın
olar, bilikli alim isə məclisə yaxın mövqe tutar. Bundan başqa, fənn sahibinə bu
elmi zibilləməmək lazımdır ki, özü zibilə düşməsin və hər kəsə bu elmi öyrətmə-
sin və qabiliyyəti olmayan adama təlim keçməsin və daxil olduğu məclislərdə
və yığıncaqlarda özündən yuxarı məqamlara toxunmasın və əgər ağır vəziy-
yətə düşmüş biçarə bir yoxsulu görsə, özündən ötrü yox, onun rahatlığı üçün
Allahdan rizasını diləsin və məclislərdə söhbət etdiyi hər kəsi özünə tay tutub
kasıbla varlının arasında fərq qoymasın və yoxsulun könlünü almağı bacarsın
ki, sayqı və hörmət sahibi olsun. Belə elm ustadı camaatdan aralanıb biganə
otursa belə, hörməti artar. Fənn sahibi bahalı paltar geyinməyə səy göstərməli,
soyuq və ağızbüzən yeməklərdən çəkinməli, hər gün ağır daşlar yığıb bir neçə
addım piyada yol getməli, qadınlarla əlaqədə olmağın əndazəsini bilməli, çünki
cima musiqi elmi sahibi üçün qatı zəhərdir. O, həmçinin dan yeri söküləndən
günəşin çıxmasına qədər hündürlüklərə çıxmağa tələsməli, hər gün səhrada bir
xəlvət yerə gedib orada məşq etməli və “Yaqub”, “İshaq” və “Heyyə əlassəlat”
sözlərini yüz iyirmi dəfə yüksək səslə oxumalıdır.
İkinci. Münasib yeməklər haqqında.
Qaynar süd, çiy süd və zeytun yağı içməkdə özünü sərbəst aparsın ki,
onlardan saflaşıb rahatlanar, alma, heyva, gavalı və mötədil meyvələrdən
yeməyə çalışsın, limu şirəsi, nar şirəsi, iskəncəbi, narınc şərbəti kimi içkilərə
üstünlük versin, ürəyi istəyəndə bitki yağından və kərə yağından yesin, söh-
bət etməyə təşəbbüs göstərsin, dincəlmək üçün bağ-bostana, səhraya çıxsın və
hal əhli ilə dərdləşsin, rəzil adamlardan çəkinsin, əməlisaleh, pak və pəhrizkar
insanlarla oturub dursun və “əmaridə”yə, yəni, saqqalsızlara (ərəbcə onlara
ədimüllihyə”, türkcə isə “tüksüz” deyərlər) baş qoşmasın, çünki öz dinini,
canını və imanını xarab edə bilər, şərab içənlərdən uzaq dursun və uyuşduru-
cuları inkar etsin, yəni bəng, çərs kimi məstedici maddələrdən özünü qorusun
ki, həm səsi yerində qalsın, həm də yasaqlanmış şeylərdən uzaq olsun.
Üçüncü. Bu fənn sahibi cahil və qabiliyyətsiz olsa belə, şərtlərə əməl
etməlidir.
Fənn sahibi çalğıçı və ya müğənni olsa və yolunu azsa, bütün günü müş-
kül təsniflərlə məşğul olmalı, oxumalı və bunları adətkərdə etməli, avazı xoşa-
gəlimli olana qədər səsini çıxartmamalı və nə qədər ki, onun ahəngi könüllərə
yol tapa bilmir, nəğmə oxumamalı və məclislərdə artıq saz çalmaqla məşğul
olmamalıdır. Yaxşı olar ki, az çalıb oxusun, amma ifası qulaqlarda və qəlblərdə
özünə yer tapsın və nifrət hissi oyatmasın. Hökmdarların məclislərinə, gözəl və
lətafətli insanlar arasına tez-tez getsə, o yüksək dairələrdə gördüyü məkruh və
yaramaz şeyləri həmin anda unutsun ki, başqa məclislərdə bunlardan söz açıb