44
Hey-bad-tənə-tən-təni-dər-tənə-tənən-ta-dər-tənə-tən
Zanke besəng-e cəfa pa-ye səlamət rəsid
1
.
Hey-yar-təla-dəla-ta-dər-təna-tənən-dədə-təlləha-nə-dərna-dey-dər-la-
dər-dər-tənatənə-tənən-dər-pey-hər-yar-tənə-tənən.
Yaxşı olduqlarına görə bunları təkrar-təkrar oxuyarlar.
Bundan başqa, Ziyaəddin Yusifin
2
göstərdyi təsniflərdən bir neçə beyti
də faydalanmaq xətrinə buraya yazılıb əlavə edilir.
Xacə Əbdülqadirin sözündən Ələmgir təsnifi
Onun iki ənbərsaçan saç zülfü
Ürəyimizə tüstü saldı.
Başımı ayaqlarının altına qoymağı
Yarımdan rica edirəm.
Bir başqasını oxu.
Bazgu:
Sənin başında sənin saçını gördüm,
Dedim: – Məgər sənin başındakı ürəyimin tüstüsüdür?
Saçlarını yığdı və dedi: –
Yanılırsan, çünki bu, səni bəlaya salan bir kəmənddir.
Xacə Əbdülqadir Marağayinin səhhətnaməsi
Bihəmdüllah ki, Tanrı bu ürəyiyaralıya səhhət verib,
Tozun içinə düşən tikanı öz izzəti ilə qaldırıb.
Biz ki dərvişlər qəbiləsindənik, bizi kim yada salar?
Bəlkə də bəzən yarların xatirələrindən keçərik.
Mən bülbüllərsiz qalsam, bu yazıq dünya necə qalar
Bu bostanda mən bülbüli-həzarı yad edəndə.
1
Sağlam ayağım əzab daşına dəydi.
2
Ziyaəddin Yusif – Nurəddin Əbdürrəhman Caminin oğlu. XV-XVI əsrlərdə yaşamış şair, “Şərhi-
came” və “Töhfətül-əhrar” əsərlərinin müəllifi.