45
Hüseyni-yi kəbir ahəngində başqa bir təsnif,
üsulu müxəmməsdir
Səndən ayrı keçən gecə yenə yaramı dağ etdi,
Otağın küncündə çırağımı yandırdım.
Saçlarının çəmənində güllər əkdilər,
Nəsim sənin sünbülünün müşk ətrini damağıma gətirdi.
Ölüm xəncəri sinəmi yarıb könlümün bağına keçdi,
Bir kimsə nə vaxt öz bağının divarını yaracaq?
Tənni-tənni hali-diləm çeşmü çıraği-mən.
Mənim ustadımın təsnifindən başqa bir fəsil
O gözəl üzü ürəyimdən uzaqlaşdırmaq çətindir,
Mənimçün ürəyimi yüz yerə parçalamaq asandır.
Dərdsizlərin yanında qəm-qüssəni bəyan etmək çətindir,
Ayrılıq dərdindən əhli-dilin qanı qum kimi tökülür.
Bu qaniçən vadinin yolunu kəsmək çətindir.
Bu təsnifləri gətirməkdə həqiri-fəqirin məqsədi odur ki, fənn sahibi diqqət
gözü ilə baxıb əməlin bu növünü bəstələyən şəxsin zəhmətinin nə dərəcədə
çətin olduğunu və heç də hər adamın işi olmadığını bilsin.
Mənim sözlərim hünərin nişanəsidir,
Gülzardan əsən bir nəsim kimi.
Hər ahəngin bir insan və ya heyvandan alınması
haqqında başqa bir müqəddimə
Bil ki, musiqi elmi bilicilərinin əksəriyyəti o fikirdədir ki, dəqiq elmlər
sahibləri on iki muğamın yeddi göy cisminin sayına görə əməldə yeddi oldu-
ğunu söyləyiblər. Amma riyaziyyatçıların dediklərinə zidd olaraq peyğəm-
bərlərdən (s) belə söyləyirlər ki, onlar zehnləri saf çağına çatanda öz ehtiyac-
larını Qaziyülhacata ərz etməkdən ötrü ah-nalələrini müəyyən pərdədə İlahi
dərgahına ifa etmişdilər və “bu bəndələrim üçün vacibdir və ondan başqası
yoxdur” nidasını eşitmişdilər... (?) və Həzrət Əbulbəşər Adəm (ə) Rast muğa-
mında “rəbbəna zələmna ənfüsəna”
1
nı axıradək söylədi və Həzrət Musa (ə)
1
Ya Rəbbimiz, biz özümüz özümüzə zülm etdik. (Ə’raf. 23).