46
Eymən vadisində nalə ilə minacatı Üşşaq muğamında oxudu və Həzrət Yusif
quyuda və zindanda olarkən Əraq muğamı üstündə ağladı və Həzrət Yunis
balığın bətnində Kuçik ahəngi ilə minacat oxudu və Həzrət Davud qarda-
şının qəbri üstündə arvadından bağışlanmasını və əmr verməyini diləyəndə
Hüseyni ahəngində tövbə edib minacat oxudu və Həzrət İbrahim Nəmrudun
odunda yanarkən Hüseyni və Novruzi-ərəb muğamları üstündə nalə çəkdi
və Həzrət İsmayıl Səffi Rəhavi muğamı üstündə oxudu və qurban kəsildiyi
vaxtda naləsini Üşşaqda çəkdi və bu yeddi muğam Yəzdigird padşahın zama-
nına qədər bərqərar oldu. Ondan sonra musiqi fənninin mahir ustası Səə-
dəddin Mühyiabadi muğamların sayını on iki bürcə müvafiq olaraq on ikiyə
çatdırdı. Növbə Şəmsəddinə, Kamaləddin Karzaniyə, Mir Fəxrəddinə, İshaq
Mousəliyə və Hüseyn Əxlatiyə çatanda isə onlar gecə-gündüzün iyirmi dörd
saatına uyğun olaraq hər pərdədə iki şöbəni yerləşdirdilər, birini ən yüksək,
digərini ən aşağı yerdə, birini bəmdə, digərini isə zildə. Qədim zamanların
alimləri hər ahəngi bir heyvana bağladılar, istər quş olsun, istərsə vəhşi hey-
van. Onun da cədvəlini yeni öyrənənlər üçün burada gətiririk
1
.
Kimin yanında nəyin oxunmalı olduğu
haqqında başqa bir fəsil
Musiqi elminin yeddi göy cismi, dörd ünsür və fələk bürclərindən gəldiyi
hər bir fəhm sahibinə məlumdur. İndi isə musiqini hər tayfanın yanında onun
təbiətinə uyğun pərdədə oxunması vacibdir. Dərvişlərin xidmətində Novru-
zi-ərəbi, Rəhavini və Zənguləni oxuyarlar, türklərin xidmətində Hicazı, Əcəmi,
Novruzi-əsli, Rəkəbi və İkiyatı, İraq əhli xidmətində Segahı, Nişaburəki, pad-
şahların xidmətində Hüseynini, Üşşaqı, Bəstənigarı, Zabulu və Ovcu, qadın-
ların xidmətində Şahnazı, Neyrizi və Segahı, bazar camaatı məclisində Ovcu,
Zabulu, Gərdaniyyəni və Üşşaqı oxuyarlar ki, sevgi ilə məhəbbət hisslərinin art-
masına səbəb olsun, əliəyrilərin, yəni əxlaqsız və bədnəfs adamların məclisində
Hüseynini, Novruzxaranı, Rəkəbi və Mahuru oxuyarlar, çünki bunlar adamı
tövbəyə və bağışlanmaq istəyinə yaxınlaşdırar, şairlərin və fəhm sahiblərinin
məclisində Zənguləni, Hicazı və Səlməki oxuyarlar, çünki onlar lətafəti bəxş
edəndirlər, uşaqları ram etməkdən ötrü isə Nəhavəndəki, Dügahı və Sipehri
oxuyarlar, dəlilərin yanında Səlməki, Kuçiki və Əşiranı oxuyarlar, ərəblərin və
rumluların yanında Nəvanı, Büzürgü və Hüzzanı oxuyarlar, hindlilərin məc-
lisində Hümayunu, Üzzalı, Nəhoftu, Zənguləni və Ragı oxuyarlar, dağlıların
məclisində Dügahı və Hüseynini oxuyarlar, səhrada yaşayanların yanında Baya-
tını, İkiyatı və Rəkəbi oxuyarlar, kürdlərin və gürcülərin məclisində Mayeni,
1
Bax: Cədvəl, səh. 48