47
Novruzxaranı, Mahuru, Gərdaniyyəni, Əraqı, Nəhoftu və Zabulu oxuyarlar,
vəzirlərin və dövlət məmurlarının xidmətində Ovcu, Məğlubu, Əşiranı, Ney-
rizi və Gərdaniyyəni oxuyarlar, həddi-büluğa yenicə çatmış qızların yanında
Bəstənigarı oxuyarlar və eləcə də Segahı, Nəhoftu və Hümayunu, amma Bəstə-
nigar Neyrizdən və Müxalifdən qalxar, fahişəxana və meyxana əhli xidmətində
Əraqı, Dügahı və Hüseynini oxumaq lazımdır, heyvanları və quşları ram etmək-
dən ötrü Neyriz, Nəva, Busəlik, Gərdaniyyə, Mahur və Şahnaz kimi mötədil
pərdələrdən oxuyarlar, xəstələr üçün Əraqı, Hüseynini, Zənguləni və Busəliki
oxuyarlar və ilin dörd fəslindən hərəsinin öz xüsusiyyətləri var.
Bil ki, ilin dörd fəslindən hər birinin öz yeri var. Bahar fəslində və nov-
ruzi-firuzda Novruzi-səbanı, Mahuru, Hüseynini, Zənguləni, Hicazı, Səlməki,
Əşiranı, Muyeni, Mübərriqəni və Segahı oxuyarlar, yay fəslində Rastı, Pən-
cgahı, Neyrizi, Əcəmi, Rəkəbi, İkiyatı, Hümayunu, Nəhavəndəki, Əşiranı,
Hüzzanı, Mahargahı, Üzzalı və Zənguləni oxuyarlar, payız fəslində Büzürgü,
Kuçiki, Hicazı, Bəstənigarı, Ovcu, Müxalifi, Neyrizi və Novruzi-əsli, fəslin
ortasında isə Dügahı və Hüseynini oxuyarlar, qış fəslində Rastı, Gərdaniyyəni,
Mahuru, Mayeni, Gərdaniyyeyi-kəbirəni, Rəkəbi, Bayatını, İkiyatı, Mühəy-
yəri, Güvəşti və Şahnazı oxuyarlar.
Musiqidə daha dörd şədd
1
vardır. Birinci şədd Nəva və Nişaburəkdir,
təbiəti isə od və şərqdir. İkinci şədd Dügah, Hüseyni, Müxalif və Əraq, təbiəti
yel və qərbdir. Üçüncü şədd Rast və Pəncgah, təbiəti su və şimaldır. Dördüncü
şədd Müxalif və Əraqdır, təbiəti torpaq və cənubdur.
Bundan başqa, hansı vaxtda hansı ahəngdə oxumalı olduğunu da bil-
məlisən ki, xoşagəlimli olsun. Birinci, günəş doğanda Dügahı, Hüseynini və
Segahı oxuyarlar, səhər Mübərriqəni, Çahargahı, Neyrizi və Pəncgahı oxu-
yarlar, günorta vaxtı Dügahı, Nəhavəndəki, Gərdaniyyəni və Üzzalı oxuyar-
lar, günortadan sonra Üşşaqı, Nəvanı, Busəliki, Büzürgü, Kuçiki, Mayeni və
Gərdaniyəni oxuyarlar, günəş batanda Hicazı, Səlməki, Mayeni, Bəstənigarı və
İsfahanəki oxuyarlar, axşam Gərdaniyyəni, Neyrizi-kəbiri, Rəhavini, Hüma-
yunu və Nəhoftu oxuyarlar, yuxuya gedəndə Əraqı, Üşşaqı və Rastı oxuyarlar,
çünki şücaəti artırar, gecəyarısı Zabulu, Ovcu və Busəliki oxuyarlar, sübh çağı
Novruzxaranı, Novruzi-ərəbi, Hicazı və Mahuru oxumaq lazımdır, dan zamanı
isə Novruzi-əcəmi, Əraqı, Bəstənigarı, Şahnazı, Rəkəbi və Bayatını oxuyarlar
ki, bu nəğmənin həm təbiəti, həm də həqiqəti onu dinləyən kəsdə iz qoysun, bu
şəxs mükaşifədə, mücahidədə və müzakirədə O Ehtiyacı Olmayanın dərgahına
1
Şədd (eləcə də şod, şüd) – Orta əsr Şərq musiqisinə aid ən çox mübahisə doğuran istilahlardan
biridir. 1) musiqidə bir havanın ən ucadan, zildən oxunan yerinə deyilir. Bax: R. Zöhrabov.
Muğam”. Bakı – 1991. s.168; 2) musiqi sırası, düzümü (“muzıkalnıy stroy”), səs quruluşu,
strukturu (“zvukovaya struktura”). Bax: Г.Шамилли. “Классическая музыка Ирана”. Moсква
– 2007
г.; 3) Müxtəlif qədim mənbələrdə isə (“Came’ül-əlhan”, “Bürhani-qate”, “Məqasidül-
əlhan” və s.) dövrləri, bəhrləri və pərdələri belə adlandırardılar.