51
Beyt:
Fələk bir dəridən Gavənin
1
bayrağını düzəldənə qədər
Yüz minlərlə malın dərisini soyarlar.
Bundan başqa, bu elm ustadlarına hansı nəğməni ilin hansı fəslində oxu-
maq lazım olduğunu bilmək vacibdir, çünki mahnı adamlara fərəhlə sevinc
gətirər və onların həzz ilə ləzzət almalarına yol açar.
Baharın təbiəti təmiz və isti olduğuna və günəşin Qoç, Buğa və Əkizlər
bürclərində yerləşdiyinə görə bu fəsildə Əraq, Müxalif, Maye, Gərdaniyyə,
Səlmək, Şahnaz, Novruzi-əcəm, Novruzüləsl, Rəkəb və Bayatı kimi ona uyğun
nəğmələr oxumaq lazımdır, çünki adlarıçəkilən pərdələrin təbiəti yelə və oda
bağlıdır.
Bu fəslin oda bağlı olduğunu və günəşin Xərçəng, Şir və Sünbül bürc-
lərində yerləşdiyini nəzərə alaraq Rast, Məğlub, Zəngulə, Ovc, Gərdaniyyə,
Mahur, Rəkəb, Nişaburək və Pəncgah kimi odtək yandıran və qurudan pər-
dələri oxumaq lazımdır.
Payız fəslində günəş Tərəzi, Əqrəb və Oxatan bürclərində olduğu üçün
Çahargah, Hicaz, Busəlik, Büzürg, Kuçik, Neyriz, Hümayun, Üzzal, Hüseyni,
Neyrizi-kəbir və Maye kimi təbiəti suya münasib, sərin və quru olan nəğmələr
oxumaq lazımdır ki, insanın ürəyindəki qəm-qüssənin artmasına gətirib çıxar-
masın və bədəndəki maddələrin saflaşmasına səbəb olsun.
Qış fəslinin təbiəti soyuqdur, günəş Oğlaq, Balıqlar və Dolça bürclərin-
dədir və bu zaman məliklərdə, əmirlərdə və adlı-sanlı məmurlarda xoş niyyət-
lər oyadan, onları xeyirli işlərə meyilləndirən nəğmələrin oxunması lazımdır.
Qış fəslində kara gələn pərdələr Rast, Əcəm, Neyriz, Mahur, Novruzi-əcəm,
İkiyat, Müxalif və Əraqdır, amma Ruhini, Mühəyyəri, Hicazı və Busəliki də
oxumaq olar. Məclis əhli ocaq və təndir başında əyləşər və bu arada müğənni
üçün Hüseynini, Nəhavəndəki, Mübərriqəni və Rəhavini ifa etmək vacibdir
ki, od kürəsinin quruluğu məclis əhlindən çıxsın və onlar əsil həzz almağın nə
olduğunu bilsinlər.
Kimin hansı musiqi alətini düzəltdiyi haqqında bir bab
Əflatun – ərğənun, Ərəstu – şədərğu, Calinus – tənbur, Bu Əli – ud, İshaq
Mousəli – yeddibəndli ney, İbn Tali – balaban, Məhəmməd Əmin Tavusi –
surna, Farabi – santur. Bunların hər birisi ərsəyə gəlib belə bir alət düzəltmişdi
ki, hikməti ondan məlum olsun və onlardan hər birisi haqqında deyiləcəkdir
ki, bu elmin sahibləri bilsinlər və anlasınlar.
1
Gavə – “Şahnamə” əsərinin qəhrəmanlarından biri, xalq üsyanının başçısıdır.