52
Hər muğamda neçə şöbənin olması və hər avazın iki
muğamdan necə ...(?) olması haqqında bir xatimə
İsfahanək, Əşiran, Novruzi-səba, Üşşaq, Zəngulə, Hüseyni, Rast, Ney-
riz, Nişaburək, Çahargah, Üzzal, Busəlik, Zabul, Ovc, Mübərriqə, Pəncgah,
Hicaz, Nəva, Dügah, Mühəyyər, Segah, Hisar, Novruzxara, Mahur, Əraq,
Kuçik, Büzürg, Müxalif, Məğlub, Rəkəb, Bayat, Hümayun, Nəhoft, Rəhavi,
Novruzi-ərəb, Novruzi-əcəm.
Bu şərafətli fənn ifaçısının oturub durma
qaydaları haqqında başqa bir xatimə
Bu sənətin şərtləri belədir: bu fənnin sahibi oturanda belə oturmalıdır
ki, beli heç bir yerə meyilli olmasın və iş gördüyü zaman heç kəsə xüsusi
hörmət göstərməsin, ətrafda əyləşənləri məzar daşı yerində fərz etsin, heç
kimdən ehtiyat etməsin, irfan sahibi olsun, oxuduğu vaxt abır-həyasını bir
kənara qoysun, onlar
1
səs çıxardanda bunu qulaqardına vursun, məclis
əhli ilə çəkişərək onlara əziyyət verməsin, gələn dəfə ondan oxumağı xahiş
edəndə sözlərini eşitməsin və lap az oxusun ki, onların gözlərində hörməti
artsın, çünki çox oxusa, qulaqlar dolar, özü isə hörmətdən düşər və istədi-
yinə nail olmaz. Bu şərafətli fənn ifaçısının əli, ürəyi və gözü pak olmalıdır.
O, heç kəsə şəhvət gözü ilə baxmamalıdır ki, müqəddəs İlahi qüvvə onu
bütün bəlalardan və müsibətlərdən qorusun. Əclaflarla oturub durmasın
və düz adamlarla dostluq etsin, cahillərlə söhbətini tez kəssin, məclisdə
ədəbsizlik etməsin, nəhy olunmuş işlərdən uzaq dursun və nəbəvi şəriətə
tabe olsun. O, həmişə alimlərə, ariflərə və əməli-saleh adamlara baş çək-
məli və onlardan bir şey öyrənməlidir. O, öz din-ayin məsələlərini yaxşı
bilməli, daim qiraətlə məşğul olmalı, dərvişlərlə oturub durmalı və bütün
işlərində dərvişlərlə məsləhətləşməli, lotu-potuyla isə ünsiyyətdə olmama-
lıdır. O, divan əhli ilə bir yerdə az oturmalıdır ki, ürəyi daşa dönməsin
və qadınlarla artıq söhbətə girişməməlidir, çünki nəfəsalma gücü əlindən
gedə bilər. Səs sahibi cinsi əlaqədə çox az olmalıdır, yoxsa oxuma qüvvəsi
tükənər. Səs sahibi çoxlu piyada gəzməli və piyada gedərkən çox oxumalı-
dır. O, öz evinə qayıdan kimi, əvvəl hamama getməli, yol havasını və tərini
tökməli, ondan sonra az qızışmalı və daha çox sərinləşməlidir. O, gəzəndə,
yolunu yüksək yerlərə salmalıdır ki, yaxşı nəfəs alsın və oxuyarkən üzü
aşağı düşməməlidir. Səs sahibi oxuduğu vaxt çox az nəfəs çəkməli, üzünü
turşutmamalı və artıq hərəkət etməməlidir. Kürsüdar ayağının dabanını
1
Yəni, məclisdəkilər.