53
onun topuğunun altına qoyub əyləşməli və əmrinə tabe olmalıdır. Səs sahibi
bu elmi öyrənərkən müdriklərin söylədiklərindən və bu fənn ustadlarının
buyurduqlarından bəhrələnməli, hər şeyin zay olmasına gətirən yersiz söz-
lərə isə məhəl qoymamalıdır. Bu fənn sahibinin səsi olmasa belə, əgər bütün
avazları, muğamları, guşələri, şöbələri, pərdələri və dəqiqələri təhlil edib
öyrənsə, elm əhlindən sayılar, yox, əgər bütün yuxarıda göstərilənləri qan-
mayıb, bilməyib və öyrənməyib yaxşı oxuyursa, beləsi elm əhlindən deyil,
çünki bütün heyvanlar da güclü səsə malikdirlər. Fənn sahibi iştirak etdiyi
yığıncaqda bir dangla dörd dangdan artıq oxumamalıdır, bəlkə bəzi hal-
larda bu şəddlərdə, ovclarda və məğlublarda beş dang oxuyar ki, altı dang
oxumasın, çünki altı dang qüvvəni azaldar, adamın gücünü əlindən alar və
nəticədə onun gücü tamam tükənər. Bu qəbildən olan şərtlərə əməl edənin
yaşı yüzə çatsa da, oxuya biləcək, əks halda isə əlli yaşında olarkən əldən
düşüb əlacsız qalacaqdır, vəssəlam.
Musiqi alətlərinin nə cür olması və onlarda çalma
qaydaları haqqında başqa bir xatimə
və həmin alətlər bu şəkildə olur: əvvəl Əflatun İlahinin, digər fikrə görə Bət-
lemyusun, ayrı bir sözə görə isə başqa birisinin düzəltdiyi ərğənunun şəkli gəlir,
amma birinci fikir daha düzgündür. Çalğıçılar yaxşı tanısınlar deyə, onun şəkli
aşağıda göstərilir:
Bu, ərğənunun şəklidir. Məclislərdə onu kürsünün üstünə qoyub çalarlar.
Onun aşıqları (fanələri) bir-birinin müqabilində yerləşir. Ən böyük birinci sıra-
dır, ikinci sıra daha kiçik, ondan sonrakı sıra daha kiçik, sonrakı sıra daha kiçik
və cəmisi beş mərtəbədir. Onların arasında aşıqlar yerləşdirilməlidir. Hər birinin
özünəməxsus özəlliyi var və qalanı çalğıçılar yaxşı bilərlər.