54
İkinci, bərbətin şəklidir. O, burada göstərilən şəkildə olur və çalğıçılar
onu tanıyırlar. Bu, alətlərin ən yaxşısıdır və alətlərin ən gözəli budur. Buna
bələd olan başqa alətlərdə çalmaz.
Onun bəm və zil aşıqları bərabər səviyyədə yerləşdirilməlidir. Bu aşıqların
bəzilərinin üstündə birzəngli çini kasalar qoyulmalı, bəzilərin üstünə ikizəngli
büllur kasalar, bəzilərin üstünə isə üçzəngli ... (?) kasalar qoyulmalı və kasala-
rın qırağından kiçik zənglər asılmalıdır. Ondan sonra aşıqların üzərinə dəri ilə
örtülmüş nazik taxtalar qoyulur, daha sonra bir neçə xərək bərkidilir, simlər
çəkilir və simlərin başları santurda olduğu kimi xərəklərə bağlanır. Çalınan
vaxt santurun iki toxmağı (tərkəsi), bunun isə dörd toxmağı olur: biri qızıldan,
biri gümüşdən, biri fil sümüyündən, biri də qara ağacdan. Çalğıçı ikisini sağ
əlində, ikisini isə sol əlində tutub, kürsünün üstündə oturub ifa edər və onun
səsini eşidən kəs özündən gedər. Bərbəti dinləyən bir daha ... (?).
Üçüncü, qanunun şəklidir və o, çalğıçı ilə bir yerdə göstərilmişdir. İfaya
başlarkən dinləyicilərin xüsusiyyətlərinə önəm verilməlidir ki, dəqiqələrdə və pər-
dələrdə xaricə çıxmasınlar və çoxlu çalmaqla məclisin şənlənməsinə nail olsunlar.