55
Dördüncü, çalğıçıların kamança da dedikləri musiqarın şəklidir. Bu fən-
nin ustadları onu tanıyıb bilməlidirlər. Bu alətdə ifa edənlər özlərini ustadın
xidmətində ədəb-ərkanla aparmalı və ustada hörmət etməlidirlər ki, hər vaxt
uğur qazansınlar və hər kəsdən ötrü harada gəldi çalmaqla camaatın qulaqla-
rını batırmasınlar və bununla hədlərini aşmasınlar, vəssəlam.
Beşinci, çalğıçıların tar da dedikləri tənburun şəklidir. Bu aləti xəstəlik-
lərin dava-dərmanı kimi tanıyırlar. Hal-hazırda ondan müalicə məqsədilə isti-
fadə edərlər. Xəstəliklərin bir çoxunu dərmanla müalicə edərlər, bəzilərini isə
musiqi alətlərində çalmaqla ki, bu da öz-özünə müalicənin bir növüdür. Onun
qaydası ilə şəkli burada verilir ki, bu fənnin sahibləri həm ondan faydalansın-
lar, həm də bizi xeyir-dua ilə yad etsinlər.
Eşitdim ki, bir gecə bir imanlı mütrib
Öz tarının pərdəsində belə demişdi:
Bu ah-nalənin haradan gəldiyini
Bu rast
1
nəğmənin üşşaqı
2
kimi mənə söylə.
1
Rast – düz
2
Üşşaq – aşiqlər