56
Bu nəvadan
1
hansı şahnaz çalım ki,
Sevgilim mənə müxalif olmasın.
Hicazla
2
sifahan
3
şurla
4
doludur,
Əraqla nişabur
5
sevinc içindədir.
De, nədir bu muğamatın naləsi,
Nədir bu əlamətlərin bəhrəsi.
Sən ki, quru taxtadan və bir parça dəridənsən,
De görüm, bu dost səsi səndə haradandır?
Sənin bu hünərin məni həvəsə gətirib
Məclisin içinə şur qatar.”
Tar mürtribin bu sözlərini eşidən kimi
Mizrabı əlinə alıb pərdədə dedi:
Ey üzündə aşiq nişanı olmayan,
Bu pərdəyə şüur gözüylə baxma.
Nə mənə güvən, nə də özünə,
Çünki bu, nə sənin işindir, nə də mənim.
Hər alətin öz ifaçısı olar ki,
Onunla avaza təsir göstərər.
Onun ləzzətlə nəşəsi mey camındadır,
Onun şəkərlə nəğməsi neyin kamındadır.
Bütün varlıqlar onun və meyin tərəfindən ittiham olunar,
Hamı onun və neyin tərəfindən danlanar.
Çalğıçının əlindəki saf badədir,
Nəğməni ifa etmək taxta ilə dərinin işidir.
Altıncı, yeddibəndli neyin şəklidir. Həkimlərin fikrincə, dığ olan, yəni
vərəm xəstəliyinə tutulan üçün bu alətdə çalsalar, xəstəlik dava-dərmansız
aradan qalxar. Onu birinci düzəldən ustad adını yeddibəndli ney qoymuşdur.
Onun surəti belədir
6
.
İkinci ustadın düzəltdiyi və aləmə yadigar qoyub getdiyi alət can rahatlı-
ğından, nəfsin həzz almasından və dostcasına söhbət etməkdən ötrüdür.
Üçüncü ustadın düzəltdiyi şey nəfsin həzz alması, söhbət etmək, elmə
yiyələnmək və bu şərafətli fəndən qidalanmaq üçün bir alətdir. Ona bələd
olanlar onu tanıyar və ondan istifadə edərlər.
1
Nəva – mahnı
2
Hicaz – müasir Səudiyyə Ərəbistanı dövlətinin böyük hissəsini təşkil edən bir diyardır.
3
Sifahan – İsfahan. Burada həm muğam, həm də şəhər adı kimi verilib.
4
Şur – eşq, həyəcan
5
Əraq və Nişabur (və yaxud Nişapur) – burada həm muğam, həm də şəhər adı kimi verilib.
6
Burada alətlərin rəsmləri yerləşdirilməli olsa da əlyazmada bu yerlər boş buraxılmışdır.