57
Farabi ismiylə tanınan ağıllı-kamallı şagirdin düzəltdiyi santur adlı bir
alətin şəkli burada verilir. Bu alətin şəkildə göstərilən qaydada bağlanmış qırx
beş simi olur.
Başqaların araşdırıb kəşf etdikləri və buyurduqları odur ki, alətdən çıxan
səslər dağların, dənizlərin, ağacların, heyvanların və insanların səsləridir və bu
fənn sahibləri həmin məsələni öz elmlərinə daxil edib onu daim nəzərə almalı,
bilməli, anlamalı və ardınca getməlidirlər. Onlar hər şeyi yaxından və olduğu
kimi öyrənməli, bildiklərini artırmalı və ağılla kəsb etdiklərini unutmamalıdırlar,
bir kəsi öyrətmək istədikdə elm və təlim şərtlərini bildirməlidirlər. Məqsəd bun-
ları qəbul etdirməkdir, əks halda isə söyləyib öyrətməyə dəyməz. Əgər şərtləri
qəbul etsə, amma yerinə yetirməsə və sözə qulaq asmasa, Fatihə oxunan vaxt
ustadların ruhları onu lənətləyərlər. O, təlim vaxtı ustadların və bu fənn sahib-
lərinin ruhları üçün Fatihə oxumalı və məclislərdə onların adlarını eşidəndə
Allahdan onların bağışlanmalarını diləməli və ruhlarının razı və şad-xürrəm
olmasından ötrü dua etməlidir. Əgər daxil olduğu məclislərdə və yığıncaqlarda
hörmətini saxlamaq və başqaların gözündə əziz və möhtərəm adam olmaq istə-
yirsə, var-qüvvə ilə ustadların adına xeyir işlər görməyə çalışmalıdır.
İndi isə yenidən alətlərin düzəldilməsi qaydalarına gəldik. Biz bunları
izah etməklə, necə deyərlər, həzz alacağıq. Qaydalar isə belədir:
Birinci, ərğənun və onun keyfiyyətləri haqqında söz açırıq və bu alətin
tələblərə uyğun olması üçün onu ud ağacından düzəltmək lazımdır. Əgər ud
ağacı tapılmasa, səndəl ağacı da yaxşıdır. O, uzun dördbucaqlı şəklində olur
və onun yuxarı tərəfində iyirmi bir, aşağı tərəfində isə iyirmi yeddi aşıq yerləş-
dirilir. Aşıqların üzünə dəri çəkilir və burada maral dərisindən istifadə olunsa,
daha yaxşı olar. Sonra onların üstündən məlum qaydada simlər çəkilir. Yuxa-
rıdakı aşıqların hər hansında dörd bəm və beş zil, aşağı aşıqlarda isə iki bəm
və üç zil olmalıdır. Dəraməd vaxtı şahnaz çalınmalıdır, çünki belə dəraməd
bütün avaz, guşə, pərdə, şöbə və dəqiqələrə yol açır və dəramədi ifa edərkən
başqa yerə getsən xaricə çıxarsan və istədiyini əldə etməzsən. Bu alətdə hər
hansı avazı çalanda tələb olunanı bəmdə taparsan. Zil olanda bəmdə peyda
olar, bəm olanda isə zildə (?). Digər alətlərdə dəramədi çalanda isə ifa etmək
istədiyin avazdan çalmalısan... (?) vəssəlam.