58
İkinci, bərbət və onun özəllikləri haqqında söz açırıq. Əvvələn, ixtiya-
rımızda olan ən yaxşı ağacdan düzəldilməlidir. Uzunluğu bir-iki “zər’ə”
1
,
eni
bir “zər’ə”, qalınlığı isə dörddə üç “zər’ə” bərabər olmalıdır və dəramədi öz
tərəfdən etmək lazımdır, o tərəfdən yox (?). Aşıqlar pilləvari şəkildə yerləşdi-
rilməlidir, yəni alt aşıqların olduğu pillə ilə üst aşıqların olduğu pillə arasında
dörddəüç zər’ boyda təfavüt olmalıdır və ifa zamanı çalğıçı ayağının altına
hündür bir kürsü qoymalıdır. Biri qızıldan, biri gümüşdən, biri fil sümüyün-
dən, biri də qara ağacdan olan dörd dənə toxmaq düzəldərlər və barmaqların
arasında tutub çalarlar. Çalanda da həmişə ortada çalmalısan, yəni nə zildə,
nə də bəmdə çalmamalısan. Kari-əməl vaxtı sağ əllə ortada çal, təsnifdə isə sol
əllə ortada çal və ifa etdiyin yerə fikir ver. Əgər məclis yeri natəmizdirsə, bu
alət orada yaxşı səslənməz, yəni səsi batar. Bu fənnin sahibi əsil usta olmalı-
dır, onda onun qazancı da artıq olar. Bu alətdə otuz aşıq olur və aşıqlar barədə
bundan əvvəl söyləmişdik.
Üçüncü, qanun və onun özəllikləri haqqında söz açırıq. Onun təriqəsi
buqələmundan öyrənilməlidir (?). Qəribə musiqi alətləri sırasındandır. Onu
dinləyən adamın zehni tənzimlənər, diqqətliliyi kamilləşər. Qanun avazının
qırxda birini eşidənin zehni hikmət mərtəbəsinə çatar, o, bir çox işlərin öhdə-
sindən gələ bilər. Alimlər musiqinin olduqca yaxşı elm olduğunu söyləyirlər və
bu qəribə elmin bərəkətindən İlahi sənətin, yəni elm sənətinin faydası birə on
artar. Başqa elmlər də bu elmin xüsusiyyətlərindən bəhrələniblər və bu elmin
çoxlu sirləri vardır.
Dördüncü, musiqar və burada onun haqqında belə söyləniləcək. Musiqar
qəlbin istəyi ilə düzəldilmişdir və buna görə də yaralı ürəklərin və bir çox
digər xəstəliklərlə mərəzlərin müalicəsində istifadə olunmaqdadır. Görkəmli
həkimlər bu elm barədə çoxlu fikirlər söyləmiş, onun incəliklərinin üstündən
pərdəni götürmüş, amma onun son məqamının harada olduğunu anlaya bil-
məmişdilər və pak imamlardan başqa bu elmin axırınadək adlamaq heç kimə
nəsib olmamışdır. Biz indi onun özəllikləri haqqında söhbət açırıq. Bu alət qoz
ağacından, özü də yay fəslində düzəldilməli, çox incə və nazik olmalıdır. Onu
xoş niyyətlə, şən əhval-ruhiyyə ilə, gözəl söz-söhbətin müşayiətilə düzəldərlər.
Məbada onun bir yerində xətaya yol verilsin. Ona görə də əvvəlki ilə sonrakı
pərdələrə xüsusi diqqət yetirilməlidir ki, səslər bir-birinə qarışmasın, yoxsa
bu alət zirək olmaz. Kamanı at quyruğu tükündən olmalıdır, xərrat mişarında
olduğu kimi. Onu çalanda kefin kök olmalı, qəlbində kədərə yer verməməlisən,
yoxsa xəta baş verə bilər və bu barədə bu qədər.
Beşinci, çalğıçıların tar dedikləri tənbur haqqında və onun quruluşu belə-
dir. Bir az onun quruluşu haqqında söyləyəcəyik. Birinci dəfə tənburu ərəb
1
Zər’(zira, qol, arşın) – təqribən 104-107 sm-ə bərabər uzunluq ölçüsü