59
nibşindən
1
düzəltmişdilər. Hazır olandan sonra çalmaq istədilər, amma bir şey
çıxmadı. Müdrik alim fikir aləmində idi ki, bu zaman bir səs sahibi minbərdə
oxumağa başladı. Gün başa çatanda həmin şəxs əvvəlki qayda ilə tərənnüm
etdi, ancaq bu dəfə onun səsi olduqca xoşagəlməz idi. Alim onu çağırıb soruşdu:
Səhər tezdən oxuyan adam sən deyildinmi? Dedi: – Bəli. Dedi: – Bəs nədən
səhər elə gözəl avazla oxuyurdun, indi isə səsin belə çirkindir? O da cavabında
dedi: – Sübh çağı mən hələ çörək yeməmişdim, ona görə də avazım ürəkaçan
olmuşdu. İndi isə mədəm doludur, elə bu səbəbdən də oxuya bilmirəm. Bu da
onu göstərir ki, oxuyanda mədən boş olmalıdır. Bu fənnin sahibləri həmişə ehti-
yatla davranar, pəhriz saxlayar, daim məşq edər və elmi ədəbiyyatı oxumağa
meyilli olarlar. Bu aləti nəfsi həzzə gətirməkdən ötrü yox, müalicə məqsədilə
icad ediblər. Bunun şərtləri belədir: yay vaxtı, Günəş Şir və Tərəzi bürclərində
ikən düzəldilməsi məqsədəuyğundur.
Onu da deyək ki, başqa alətlərin düzəltmə qaydasını anlatmaq mümkün
olmadığına görə biz bu barədə söz söyləməyi özümüzə rəva bilmədik. O ki, gəldi
ustadların müxtəlif avazların bəstələmələrinə, burada vəziyyət tam əksinədir.
Biz ən başlıcası bilməliyik ki, dəraməd haradan əmələ gəldi və necə oldu ki,
altı avaz oldu və ondan sonra necə oldu ki, on iki muğam oldu. Ay əzizim, bu
belə deyil ki, kimlərsə on iki əmələ gəlsin deyə, bəstələdilər ki, muğam olsun
və ondan bir avaz düzəltdilər. Hər şeyin mənşəyini öyrənib bilməlisən və hər
elmin öz qaydası var, vəssəlam.
Bangların, avazların və muğamların
əmələ gəlməsi haqqında
Ay əzizim, bil ki, Əflatun İlahi adı ilə məşhur olan həzrət İdris (ə) Hindistan
adalarındanQəqnusun yaşadığı və yuva saldığı bir adaya gəlmiş, onun hər tərəfini
gəzmiş və yan-yörəsini seyr etmişdir. Bundan sonra bir səs Əflatunun qulağına
çatıb onun ruhunu coşdurmuşdur. Bu, həmin səs idi ki, elm əhlinin dilində ona
dəraməd deyərlər. Onu anlayandan sonra gördü ki, bu səs altı şöbədən ibarət-
dir. Bir şöbədən başladı və onun qaydalarını müəyyənləşdirdi. Həmin vaxt həz-
rət Əflatun heyrətə gəlib ruhlandı və bu on iki avazın və şöbənin muğamlarını
yazmağa başladı və ondan sonrakı nəsillərdə hər kəsin bəhrələndiklərini qeydə
aldı. İndi, ay mənim əzizlərim, bu elmin içində nəyin nə olduğunu bilin. Belə-
liklə, Əflatun İlahi sonsuz İlahi hikmətin qüvvəsilə bu şərafətli elmə yiyələndi və
həmin elmin bərəkətindən çeşidli elm növlərinin sirləri açıldı və onları öyrənmək
işi asanlaşdı. Biz də ona görə bu elm haqqında bir qədər söylədik.
1
Nibş – şam ağacına bənzər, çəkidə qara ağacdan ağır bir ağac növüdür. Ondan alınan taxta
qırmızı rəngli və çox bərk olur.