60
Həzrət İdris bu səsləri tədqiq edərkən ona bir vəhy gəldi ki, o səsi altı
avazın sayına görə altı hissəyə böl və altı cəhəti on iki bürcə böl və hər bürcün
məzacına görə işini gör, ondan sonra həmin on iki hissəni iyirmi dörd yerə böl
və bundan iyirmi dörd guşə düzəlt. Bu zaman dörd ünsürə
1
müvafiq olaraq dörd
şədd yarat. Bürcləri ünsürlərin məzaclarına böl (?). Buradan alınan on dördü
yeddi göy cisminə görə bölüşdür. Ondan sonra məvalidi-səlası
2
üç hissəyə böl
və hər məvaliddən təzə təvəllüd əldə et. Birinci məvaliddən mühavirələri ilə,
necə lazımdır, şöbələr yarat. İkinci məvaliddən hər muğamın pərdələrini ovc-
dan
3
,
həzizdən
4
və vəsətdən
5
və ondan alınan hər təvəllüddən yarat. Ehtiyac
yarandıqda üçüncü məvaliddən şələ-küləsini şöbələri və münasibatları ilə al ki,
xaric və qoşaavazlı olmasın. Hər mövlud xəfiflərdən
6
tutmuş səqillərə
7
qədər,
bundan öncə bəyan olunduğu kimi doxsan altı hissəyə bölünür. Bu elmdən
agah olmayınca ifadə və istifadə meydanına çıxma, yoxsa özün özünü alçaldıb
biabır olarsan. Bütün bu eşitdiklərin məvalidi-səlasdan əmələ gəlməli və elm
də bundan öncə göstərilmiş qaydalar ilə ondan hasil olmalıdır.
Ay mənim əzizim, daha bir vəsiyyətim odur ki, bir işlə məşğul olarkən,
təlim-tədris məqamında bəxşiş və mükafat almağı unutma, bütün qayda-qa-
nunlara əməl et, qadağan olunanaları özünə rəva bilmə. Təlim-tədris vaxtı bu
elmin böyüklərinin ruhlarına Fatihə oxu, sağ olanları sevindir və aylar-illər
keçdikcə onlar üçün xeyirli işlər görməyə çalış. Başqa bir vəsiyyətim odur
ki, əgər bu elmi öyrənən adam bir azdan onu yarımçıq qoyub gedib və aza-
cıq hörmət qazana bilməyib və bu xidməti tərk edibsə, sən Fatihə zamanı
onun adına bir dua oxumalısan, çünki, əlbəttə, o şəxs həyatda heç nə qazana
bilməyib dərəki-əsfələ
8
gedəcəkdir. Amma indi başımız bu söhbətə qarışsa
məqsədimizdən yayınmış olarıq. Başqa bir vəsiyyətim odur ki, təhsil aləmində
fənn sahibinə riyazətdə olmaq gərəkdir. Onda o, batini xəlvətin qüvvəsilə
bu elmin incəliklərini əldə etmiş olar. Fənn sahibi məhrəmdən çəkinməli və
qadağan olunanlardan uzaq olmalıdır, çünki biz istədiklərinə nail ola bil-
məyən yüz minlərlə belələrini görüb eşitmişik. Başqa bir vəsiyyətim odur
ki, fənn sahibi daim mütaliəyə həvəs göstərməli, sələflərin təcrübəsindən
bəhrələnməli, onunla yaxından tanış olmalıdır. O, başa düşməlidir ki, buna
əməl etməsə, nə təhlil etmək, nə də anlamaq qabiliyyətinə malik ola bilər.
Təsərrüf
9
mərtəbəsinə yetişmək üçün o, bu elm haqqında dinləyib söyləməyi
1
Dörd ünsür – su, od, torpaq və yel
2
Məvalidi-səlas – üç mövlud, üç varlıq (bərk cisimlər, bitkilər aləmi və heyvanat aləmi)
3
Ovc – ən uca yer
4
Həziz – ən aşağı yer
5
Vəsət – orta yer
6
Xəfif – yüngül
7
Səqil – ağır
8
Dərəki-əsfəl – ən alçaq yer, cəhənnəmin dibi
9
Təsərrüf – yiyələnmə