61
bacarmalı, mübahisə və müzakirə etməyi də özü üçün vacib bilməlidir. Təsər-
rüf mərtəbəsindən keçib vəz’
1
mərtəbəsinə çatanda ona dəstnəqib (?) demək
olar. Bu mərtəbədən keçib tətəbbö’
2
mərtəbəsinə çatar və bu mərtəbəyə çatan
kimi ona artıq xəliqə
3
deyərlər. Xəlaqət
4
mənzilinə çatanda isə ona həkim
deyərlər. Bu şərafətli elmi öyrənməyə səy göstərən və öyrənən hər bir ağıl
sahibinə qazandıqlarını düz yolda sərf etməsi lazımdır. Başqa bir vəsiyyətim
odur və fənn sahibləri üçün də gizli deyil ki, tərkibləri müəyyənləşdirərkən
əvvəl bu avazın nə olduğunu və ondan nəyin əmələ gəldiyini bilməli, ondan
sonra isə onları fərqləndirməyə çalışmalı və bir-birindən ayırıb nəticə çıxar-
malıdır. Bunlara riayət etməsə, istədiyinə çatmaz və əsas qüvvə bu şöbədə-
dir. Daha birisi: ifaçı dəramədə başlarkən öz məzacını və xüsusiyyətlərini
nəzərə almalıdır və dəraməddə bacardığını oxumalıdır ki, eybi-nöqsanı üzə
çıxmasın. Əgər o, bir məclisə daxil olsa və ondan bir avaz oxumağı xahiş
etsələr və onun dərk etmə gücünü bilib anlamaq istəsələr, o, dərhal istədik-
lərini oxumalıdır. Əgər bunu etməsə, öz zəifliyini göstərmiş olar və onu bu
fənn əhlindən saymazlar. Başqa bir vəsiyyətim odur ki, fənn sahibi bir səs
eşidəndə, istər insandan, istər ev heyvanından, vəhşi heyvandan ya quşdan,
həmin səsi eşitdiyi kimi dirəng-dirənglə təkrarlamağa çalışsın və onu təhlil
edib yerini müəyyənləşdirsin və anlasın, çünki bir məclisdə ona lazım ola
bilər. Onda o, həm şöhrət qazanar, həm də bu elmin biliciləri və zəmanənin
adamları gözündə onun qədri-qiyməti artar. Başqa bir vəsiyyətim odur ki,
zərbi yaxından öyrənməlidir, çünki zərb nəğmənin bir hissəsidir və zərbsiz
bu elmin incəliklərinə yiyələnmək olmaz. Zərbin vasitəsilə bütün incəlik-
ləri kəşf etmək olar. Amma incəliklər iki cür olur: birincisi elmi və ikincisi
əməli. Əməli də iki cürdür: birincisi kəşf edib dönmək, ikincisi elmidən və
əməlidən hər ikisi zərbə qayıtmaq(?). Elmi də iki cürdür: birincisi, avazları
əl zərbi ilə ifa etməyi bir-bir öyrənmək və xaricə çıxmamaq, ikincisi isə əl
zərbi ilə tamamlayıb üsuldan xaricə çıxmamaq və bəhrləri bir-birinə bağla-
maq. Budur bu elmin və bu fənnin əsası və bütün dərin mənalar, incəliklər
və işarələr məhz bunun üzərində qurulub.
Mənanı çıxardan adamın muzdu
Doğrunu oxuyub yalanı sökməkdir.
Budur bu elmin yolu. Başqa bir vəsiyyətim bu elmdə yer almış dörd
şəddin barəsindədir. Ay mənim əzizim, bil ki, bu elmin içində dörd şədd var
və Əflatun İlahi onları dörd mələyə bağlamışdı və bu işi görmək lazım idi.
1
Vəz’ – təyin etmə, təsis etmə
2
Tətəbbö’ – araşdırma, izləmə
3
Xəliqə – icad, yaratma, əsər. Burada: yaradıcı
4
Xəlaqət – yaradılış