62
Bil ki, birinci şədd Cəbrayıla (ə) bağlıdır, ikinci şədd Mikayıla (ə), üçüncü
şədd İsrafilə (ə) və dördüncü şədd Əzrayıla (ə) bağlıdır və bu şəddlərdən
hər birinin müəyyən yeri və özünəməxsus vaxtı var. Elm sahibləri üçün gizli
deyil ki, bu elm üzərində çalışan adam üsuldan və ahəngdən xaricə çıxma-
maq üçün şəddin vaxtını bilməlidir. Şəddi hər yerdə ortaya çıxartmaq lazım
deyil. Şəddin vaxtı o zamandır ki, adam bağda, bostanda, səhrada olsun,
şəddin yeri geniş olmalıdır, yoxsa dar və gəzmək üçün yaramayan məkanda
şəddə gərək yoxdur. Belə yerdə onun gəlişi pis olar, bütün ahənglər və üsul-
lar xaricə çıxar, məzacı pozular, təbiəti nifrət oyadar və heç kəsin xoşuna
gəlməz. Dörd şəddən istifadə yolu da dörd ünsürə və üç məvalidə bağlıdır.
Bu barədə danışmağımız sözün uzanmasına gətirib çıxarar, amma həmin
məsələnin bütün xüsusiyyətlərinə bələd olmaq xatirinə bir az onun üzərində
dayanaq ki, təzə öyrənənlərin işi asanlaşsın.
Birinci şədd dügahdır və Cəbrayıla mənsubdur. İkinci şədd çahargahdır
və Mikayıla mənsubdur. Üçüncü şədd müxalifdir və İsrafilə mənsubdur. Dör-
düncü şədd əraqdır və Əzrayıla mənsubdur. Həmin mələklər minacat vaxtı
İlahi dərgahı bu ahənglə zikr edərlər. Burada üsuldan, avazdan və ahəngdən
xaricə çıxmamaqdan ötrü həmin şəddlərin ifa etmə vaxtını bilmək gərəkdir,
ancaq onları burada izah etməyimiz söhbətin uzanmasına səbəb olar. Onu da
qeyd etmək lazımdır ki, Əbu Əli Sina Məğribi və Əbu Məşər Bəlxi
1
də saz
əhli olan çalğıçılar üçün dörd şəddi təyin etmişdilər. Həmin dörd şədd bun-
lardır: Birinci şədd bayatı-qəcərdir ki, lüğətdə “qaçar”dır, yəni qaçan. Amma
yunanca “qəcüri” adalarda yaşayan bir quşdur. Bu quşun başı adam başına
bənzəyir, o, yüksək səslə oxuyur, səsi də olduqca gözəldir. Ona “qəcüri” və
ya “qəcürik” deyərlər. İkinci şədd dənasəridir. Məğribdə Səri adda bir kənd
var. Bu kəndin sakinləri çox ucaboy və yekəbaş olur, onlar güclü hafizəyə
malikdirlər və bu fənnin ustadlarıdırlar. Lüğətdə “dəna”nın mənası bardaq
ya da kuzədir və bu səbəbdən də ona dənasəri deyərlər. Üçüncü şədd pən-
cgahdır. Onun Güştaspa
2
aidiyyatı var, çünki Güştasp beş avazı yaratmışdı
və günün beş vaxtında bu avazlarla söhbət edərdi. Bu avaz camaatın əlinə
keçəndən sonra adamlar onu pəncgah
3
adlandırdılar. Dördüncü şədd mahur-
dur. Bu da Gülnar adlı bir qadın müğənnisinə mənsubdur. Həmin qadın
Cəmşidin
4
mütribi olmuş və əksər hallarda məhz bu mahnını ifa edərmiş. Bu
dörd şəddi çalğıçılar əhli çox əzizləyər və onları səsləndirməyi özləri üçün
1
Əbu Məşər Bəlxi – Ömər Əbu Mə’şər İbn Məhəmməd Bəlxi. IX əsrdə yaşamış məşhur Orta
Asiya münəccimi və riyaziyyatçısı.
2
Güştasp (Gəştasib) – İranın qədim əfsanəvi şahı
3
Pəncgah – beş vaxt, beş yer
4
Cəmşid – İranın əfsanəvi hökmdarı, Pişdadilər sülaləsinin 4-cü şahı