63
şərəf hesab edərlər. Ənuşirvanın
1
zamanında Büzürcmehr
2
meydana çıxıb bu
elmə aid bir çox əsər yazıb. Nəhayət, o da bir şəddin yerini müəyyənləşdirdi.
Həmin şədd şahnazdır və həzrət Davuda (ə) mənsubdur və bu elm o Həz-
rətin möcüzəsidir. Məsələ ondan ibarətdir ki, o Həzrət Zəburun tilavəti ilə
məşğul olarkən minacatı naz-qəmzə ilə oxuyardı və o dövrün camaatı həmin
muğamı şahnaz adlandırmışdı. Zəmanənin alimləri və təriqətin aqilləri onun
oxunmasını nazla əlaqələndirdiklərinə görə ona şahnaz adını qoymuşdular.
Keçmişlərdə bir şeyi kim və ya nə ilə əlaqələndirirdilərsə, elə onun adını da
ona qoyub oxuyardılar. Ancaq hər dəfə avazlardan danışmaq istəyəndə mət-
ləbdən uzaqlaşırıq.
Ay mənim əzizim, incəlikləri yaxşı öyrən və onları yerində işlət ki, bütün
zamanlarda və məkanlarda başını uca tuta biləsən. Amma, ay əzizim, bu mərtə-
bəyə çatmısansa, ən gözəl yolu seç və hər kəsi özünə yaxın qoyma, itaət göstər
və ibadətlə məşğul ol. Sənə minlərlə vəsiyyətim o olsun ki, özündə bir qabiliy-
yət görməsən təlim-tədrisə baş qoşma, çünki bu vəfasız qılınc heç kimə fayda
verməyib, kimsə bu karvansarada iqamət sala bilməyib və bilməyəcək də.
Münasib:
Biri var imiş, biri yox imiş,
Bir əcəl ovçusu daim bu yoldan keçərmiş.
Mənadan irağıq, mənzilə yovuq,
İnsaf uzaqdır, amma ölüm yaxın.
Bu sözün xülasəsi odur ki, min üç yüz səksən yeddinci (?!) ildə bunu yazdı:
Əbdülhüseyn Şirazi min altı yüz əlli altıncı (?!) ildə Nişabur şəhərində bun-
ları yazma və söyləmə ipinə keçirtdi ki, dünyada yadigar qalsın və bu bədbəxt
və binəsibi Fatihə ilə yad etsinlər. “Allahümməğfir ləküma və livalideyküma və
licəmi’il-mü’mininə vəl-mü’minat”
3
.
Amma, ay əzizim, biz bu həqiri-fəqir, aciz
və zəlil müəllif Əbdülhüseyni beləcə xatırladıq. İstədim filosofların və alimlərin
yaratdıqları dörd şəddi aləmə yayım ki, həqir bəndə də Yusifin xəridarlarından
olum və bu zəifin də adı dillərdə səslənsin və qalsın.
Adları çəkilmiş dörd şəddin nümunə surətlərini təqdim edirəm ki, başqa-
ları onları tanısınlar.
1
Ənuşirvan – I Xosrov Ənuşirvan (Ənuşirəvan, Nuşirəvan). İranın Sasanilər sülaləsinin
şahlarındandır (531-579).
2
Büzürcmehr (Büzürgmehr) – Ənuşirvanın əfsanəvi, öz zəkası və fərasəti ilə şöhrət qazanmış
vəziri.
3
Allah sizi, sizin ata-ananızı və bütün mömin kişiləri və qadınları bağışlasın.