68
O, bunu fənn əhlindən olan istedad sahiblərinin rahat qavramaları üçün
nəzmə gətirmişdir.
Muğam sayanda səkkiz gəlir və dörd.
İstər-istəməz hər muğamın iki şöbəsi var.
Hüseyni bütün muğamlardan üstündür.
Dügah Mühəyyərlə bərabər gəlir.
Rast muğamı zəhmət xəzinəsidir.
Mübərriqənin Pəncgahla olması lazımdır.
Çaldığın Üşşaq pərdəsi olsun.
Zabulda nemət var, Ovcda parıltı.
Şur dünyasında Nəva səsləndi,
Novruzxara Mahurun fəridir
1
.
Hicaz bar gətirən xurma ağacıdır,
Segah ilə Hisar o ağacın meyvələridir.
İsfahandan kimsə necə baş çıxarsın?
Yolunu Neyrizə və Nişaburəkə tutdu.
Kuçik muğamını bilirsənsə, bil ki,
Rəkəb ilə Bayatıda beyt oxuyursan.
Saz pərdəsindən Busəlik gələndə
Əşiranın və Səbanın avazı səslənər.
İşrət artıran Əraq gah Ruyi-əraqla,
Gah da Məğlubla müşayiət olunur.
Qəvval nəğməsinin içində Zəngulədən sonra
Çahargahla Üzzal eyni vaxtda görsənər.
Saz çalan kimi Büzürg gəldi.
Hümayunla Nəhoft onun iki pərdəsidir.
Rəhavi Novruzi-ərəbə ram oldu.
Novruzi-əcəm ürəyin rahatlığını apardı.
Hər əsl muğamdan iki şöbə bəyan oldu.
İndi tədbir görmək üçün yüyən çəkilməlidir.
Dənizin dibi və dalğası olduğu kimi
Hər əməlin də həzizi və ovcu olur.
Birinci fər’in həzizi cuyadır,
İkinci fər’ isə məvadır.
Bu qayda ilə sıranı axıradək yazdım.
Əkdiyim toxumların barını sən yığ.
1
Fər’ – qol, şöbə