69
Başqaların gözündə hörmət qazanmaq üçün hər muğamın ifa etmə qay-
dasını və ondan sonra hansı muğamı gətirmək lazım olduğunu bilməlisən ki,
muğamlar bir-birinə qarışmasın və həmçinin nəyin nəyin içindən hasil olduğunu
da öyrənməlisən ki, tərkibatda aciz qalmayasan və asanlıqla avaza yol tapasan.
Həkim Kövkəbi burada dörd şəddi bu şəkildə göstərmişdir:
Birinci şədd dügahdır, ikinci şədd rast, üçüncü şədd müxalif və dördüncü
şədd çahargahdır. Çalğıçı ifa etməyə başlayanda və ya xanəndə dəstgah başına
keçəndə xətaya yol verməmək üçün ilk öncə ifa etdiyi dügah olmalıdır, sonra
hisar, sonra dügah və hüseyni, ondan sonra əşiran, sonra mühəyyər və kuçik,
sonra büzürg, sonra novruzi-səba, ondan sonra güvəşt, sonra novruzxara, sonra
novruzi-əcəm, ondan sonra da hüseyniyə və dügaha enməlidir. Amma üçüncü
şədd (?)
1
olan müxalifdə əraqı ifa etməlidir, sonra bəstənigara keçməlidir, ondan
məğluba və yenidən (?)
2
segaha dönməlidir, sonra hicazdan, gərdaniyyədən
və əraqdan keçib müxalifə düşməlidir. Ancaq dördüncü şədd ruh şəddi olan
çahargahdır. Dəraməddə gərək çahargahı ifa etsin, ondan sonra üzzala, sonra
zənguləyə, sonra rəkəbə, sonra bayata, sonra əcəmə, sonra nişabura, sonra
əraqa, sonra müxalifə və sonra çahargaha enməlidir.
Hər muğamın iki şöbəsi və hər şöbənin iki guşəsi olduğunu bilməyin lazım
olması haqqında daha bir fəsil
Ustad Siracəddin Məhəmməd Qəvvas bununla əlaqədar guşələr artırıb
nəzm ilə tərtib etmişdir ki, bu fənni təzə öyrənənlərin işi asanlaşsın və onlar
tez mənzilə çatsınlar, vəssəlam.
Onların birincisi hüseynidir:
Muğam sayanda səkkiz gəlir və dörd.
İstər-istəməz hər muğamın iki şöbəsi var.
Hüseyni bütün muğamlardan üstündür.
Dügah Mühəyyərlə bərabər gəlir.
Ruhülərvah
3
Ovcun altına gəldi,
Dügahın altında göz-qaş oynadı.
Mühəyyərin üstündə və altında iki guşə var,
Sən onun girişini və çıxışını bil.
1
Burada ikinci şədd buraxılıb.
2
Niyə yenidən?
3
Ruhülərvah – ruhların ruhu